İrana qarşı beynəlxalq sanksiyalar yumşalarsa, Ermənistana gedən iranlı turistlərin sayında artım olacaq. Ermənistanın “Arka” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi bildirib.
Səfir deyib ki, sanksiyaların tətbiqi İran vətəndaşlarının durumuna, bu da öz növbəsində Ermənistana səfər edən iranlı turistlərin sayına təsir göstərib. Son sanksiyalardan sonrakı və əvvəlki dövrlərin rəqəmlərinin müqayisəsində də bu özünü göstərir: “Sanksiyaların kəskinləşməsinə qədər yalnız Novruz bayramı günlərində 100 mindən çox İran turisti Ermənistana baş çəkirdi. Bu, Ermənistan kimi kiçik bir ölkə üçün böyük rəqəmdir”.