Müğənni Ruslana “Maydan”da etiraz əlaməti olaraq soyunacağı və özünü yandıracağı ilə bağlı verdiyi açıqlamalara yenidən şərh verib. Rusiya KİV-nə istinadən xəbər verir ki, müğənni etiraf edib ki, əvvəldən soyunmaqla bağlı verdiyi vədi tutmaq niyyətində olmayıb. Onun sözlərinə görə, çimərlik geyimində meydana çıxmaq və özünü yandırmaqla bağlı verdiyi açıqlamalar sadəcə olaraq kütləni qızışdırmaq üçün deyilmişdi:
“Siz ki bilirsiniz, kütləyə belə sözlər demək lazımdır. İnsanların bu xoşuna gəlir. Burda hər şey çox gözəldir. Maydan elə bir yerdir ki, burada uşaq doğmaq lazımdır”.
Xatırladaq ki, daha əvvək Ukrayna müğənnisi Kievdə mitinq zamanı kütlə qarşısında çıxış edərək söz vermişdi ki, avrointeqrasiya ilə bağlı qərar qəbul edilməzsə, özünü yandıracaq.
Elməddin Əmirov