“Putin mənə terrorçunu xatırladır...” - Saakaşvili
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Facebook səhifəsində Ukraynadakı situasiyası Putinin terrorçu kimi ələ keçirdiyi təyyarəyə bənzədib:
«Ukraynadakı situasiya mənə sərnişinlərə getdikləri yerə enəcəkləri elan edildiyi, lakin sonradan terrorçular tərəfindən tutularaq istiqamətinin dəyişdirilməsi tələb edilən böyük təyyarəni xatırladır». Saakaşvili terrorçu kimi Putini nəzərdə tutduğunu da bildirib. «Putin mənə terrorçunu xatırladır, o böyük və gözəl Ukrayna təyyarəsinin istiqamətini dəyişmək istəyir. Maydandakı adamlar isə təyyarələrinə müdaxilə edən adamı dayandırmaq istəyir», - deyə keçmiş prezident yazıb.
Elməddin Əmirov