Türkiyə və Rusiya dövlət başçıları arasında telefon danışığı olub.
Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin arasında gerçəkləşən telefon danışığı zamanı əsasən Soçidə baş tutan Suriya Milli Dialoq Konqresi, Türkiyənin Afrində həyata keçirdiyi "Zeytun budağı" hərbi əməliyyatı və İdlibdə yaranmış vəziyyət müzakirə olunub. V. Putin Suriya Milli Dialoq Konqresində yaşanan problemlərə rəğmən əldə olunan nəticənin mühüm nailiyyət olduğuna diqqət çəkib.