Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dekabrın 16-17-də Azərbaycanda işgüzar səfərdə olacaq.
Gürcüstan Baş nazirinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində İ.Qaribaşvili Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
Məlumata görə, İ.Qaribaşvili dekabrın 17-də Azərbaycanın "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi üzrə sənədin imzalanması mərasimində iştirak edəcək.
Elməddin Əmirov