ABŞ milli kəşfiyyatın rəhbəri Deniel Kouts, Rusiyaya qarşı hazırlanan yeni sanksiyaların həftə ərzində tətbiq edilə biləcəyini bildirib. O, bunu ABŞ Senatındakı çıxışı zamanı açıqlayıb.
“Yeni sanksiyalar nəzərdən keçirilir. Maliyyə naziri (Stiven Mnuçin) bildirdi ki, sanksiya siyahısı həftə ərzində dərc ediləcək”, - deyə o bildirib.