Nigeriyanın paytaxtı Laqosda döş xərçənginə qarşı mübarizəyə həsr edilmiş ənənəvi "Run For Cure Africa" xeyriyyə yürüşü keçirilib.
Yürüşdə bu ölkədə fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatı da iştirak edib. Ölkəmizi təmsil edən təşkilat tərəfindən yürüş iştirakçılarına Azərbaycanın bütün xeyriyyə aksiyalarında fəal iştirakından danışılıb. Həmçinin Azərbaycanın mədəniyyəti və tarixi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, ildə iki dəfə keçirilən bu yürüşdə Nigeriyada yaşayan müxtəlif xalqların nümayəndələri də iştirak edir.