ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı Fransa, Almaniya və Böyük Britaniyanın "əhəmiyyətli dəyişikliklər" etməyəcəkləri
təqdirdə ölkəsinin İranla nüvə sazişindən çıxacağı ilə hədələyib.
Bu barədə "Axios" nəşrinə İsrail hökumətindəki mənbə bildirib.
Qeyd edək ki, Tramp-Netanyahu martın 5-də Ağ Evdə baş tutub. "Görüşün əsas mövzusu İran, İran və İran olub", - deyə Netanyahu danışıqlardan sonra jurnalistlərə
bildirib.