Suriya ərazilərindən raket təhdidləri də daxil olmaqla, Türkiyənin təhlükəsizliyini dəstəkləyirik. Bu sözləri NATO rəsmilərindən biri Ərdoğanın NATO
ilə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
"NATO Türkiyənin təhlükəsizliyini dəstəkləyir. Məsələn, Türkiyənin hava müdafiə sistemini Suriya tərəfindən gələn raket təhdidlərinə qarşı gücləndiririk. Ankara "Zeytun
budağı" əməliyyatı barədə NATO-ya məlumat verdi və bunun davamını gözləyirik. Baş katib Yens Stoltenberq də Ərdoğanla yanaşı, digər türkiyəli rəsmilərlə də görüşlər
keçirir", - NATO rəsmisi deyib.
Qeyd edək ki, bir müddət öncə Ərdoğan NATO-ya səslənərək Suriyada terrorçulara qarşı mübarizəyə çağırıb.