Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərinin yekunları barədə məlumat

Tarix:20-12-2013, 14:10

Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərinin yekunları barədə məlumat

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində son hadisələri müzakirə etmək məqsədilə dekabrın 15-19-da bölgəyə səfər ediblər.

APA-nın verdiyi xəbərə görə, bu barədə ATƏT-in yaydığı pres-relizdə deyilir.

Pres-relizdə qeyd olunur ki, həmsədrlər dekabrın 15-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə, dekabrın 16-da Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla, dekabrın 17-də isə Dağlıq Qarabağın “de-fakto hakimiyyət” nümayəndələri ilə görüşüblər.

Prezidentlər və həmsədrlər noyabrın 19-da Vyanada keçirilmiş yüksək səviyyəli görüşün və Azərbaycan və Ermənistan XİN rəhbərlərinin dekabrın 4-5-də Kiyevdə baş tutmuş görüşünün yekunlarını müzakirə ediblər. Onlar bu konkret danışıqlara əsaslanaraq 2014-cü ilin yanvar ayında səyləri davam etdirməkdə qətiyyətli olduqlarını bildiriblər. Həmsədrlər qeyd ediblər ki, sərhəddə baş verən zorakılıq aktları sülh perspektivlərini sarsıdır. Onlar tərəfləri gərginlik yarada biləcək addımlardan çəkinməyə və danışıqlar masası arxasında irəliləyişə səbəb olacaq ab-hava yaratmaq üçün çalışmağa çağırıblar.

“Həmsədrlər 2014-cü ilin yanvar ayında ATƏT-in yeni sədri ilə məsləhətləşmələr aparmaq üçün İsveçrəyə səfər edəcəklər. Bundan sonra Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü və növbəti sammitə hazırlıq planlaşdırılır”, deyə pres-relizdə deyilir.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib