Dekabrın 15-də Rusiya paytaxtındakı "Moskva" mehmanxanasının yaxındığında Şirvan sakini Süleymanov Elşən Adil oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb.
Onun avtomobilini də əlindən alan cinayətkarlar hadisə yerindən uzaqlaşıblar.
Məlumatı onun həyat yoldaşı Ruhiyyə Süleymanova verib. Onun sözlərinə görə, hücuma məruz qalan Elşən Süleymanov Moskvada Sklifosovski adına xəstəxanaya yerləşdirilib. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb və yaralı bir neçə gün koma vəziyyətində qalıb. Elşən Süleymanov dekabrın 19-da dünyasını dəyişib.
Mərhum soydaşımızın ailə üzvləri Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət ediblər. Diplomatların araşdırması nəticəsində məlum olub ki, Moskvanın hüquq-mühafizə orqanları faktla bağlı cinayət təqibinə başlamayıblar.
Elməddin Əmirov