Peru Konqresi plenar iclasda ölkə prezidenti Pedro Kuçinskinin istefasını qəbul edib.
P. Kuçinskinin istefası ilə razılığa dair 105 deputat səs verib.
Yaxın zamanda ölkənin birinci vitse-prezidenti Martin Viskarra ölkə prezidenti vəzifəsinə təyin ediləcək. O, 2021-ci ilə qədər Perunun prezidenti olacaq.