ABŞ Afrika Qüvvələri Komandirliyi (AFRİCOM) Liviyanın cənub-qərbindəki Ubari qəsəbəsinə havadan zərbələr endirib. Hücumlar nəticəsində iki terrorçu məhv edilib. Komandanlıq aviazərbələr zamanı dinc sakinlərin zərər görmədiyini bildirib:
“ABŞ terror təşkilatlarını ortadan qaldırmağa və bölgədə sabitliyi təmin etməyə istiqamətlənmiş vəzifədən əl çəkməyəcək. Bütün qətiyyətimizlə terror şəbəkəsinə təzyiq göstərməyə davam edəcəyik”.