Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Türkiyənin “NTV” telekanalına istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Ərdoğan Rusiyanın Kemerovo şəhərinin ticarət mərkəzində çoxsaylı insan tələfatına səbəb olmuş yanğınla əlaqədar Putinə başsağlığı verib.
Söhbət əsnasında iki ölkə arasında münasibətlərin hər sahədə genişləndirilməsinin zəruriliyi vurğulanıb.