Absheron Media
Haqqımızda Bizimlə əlaqə

31 mart soyqırımı qurbanlarının xatirəsi Los-Ancelesdə də anılıb.

Tarix:29-03-2018, 16:25

31 mart soyqırımı qurbanlarının xatirəsi Los-Ancelesdə də anılıb.


1918-ci ildə Azərbaycan xalqına törədilmiş soyqırımının 100-cü ildönümü ilə əlaqədar Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda anım tədbiri keçirilib.

Baş konsulluqdan bildiriblər ki, tədbirdə Azərbaycan icmasının üzvləri, xarici ölkələrin Los-Ancelesdəki baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin yəhudi, türk, Pakistan, İran, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər.

Tədbiri açan baş konsul Nəsimi Ağayev 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımının tarixindən bəhs edərək, bu soyqırımının Azərbaycan xalqının məruz qaldığı qanlı faciələr sırasında özünün ağır və dəhşətli nəticələri ilə seçildiyini bildirib. Baş konsul həmin illərə aid sənədlər və fotofaktlar təqdim edərək, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhəri də daxil olmaqla, ölkəmizin bir sıra digər şəhər və rayonlarında törədilmiş kütləvi qırğınlar nəticəsində minlərlə dinc sakinin ermənilər tərəfindən amansızcasına qətlə yetirildiyini vurğulayıb. Quba rayonunda törədilmiş qətliamda müsəlman azərbaycanlılarla yanaşı, böyük sayda yəhudilərin də erməni daşnakları tərəfindən öldürüldüyünü qeyd edən N.Ağayev tarixən Azərbaycanda qardaşlıq şəraitində yaşamış müsəlman və yəhudilərin 1918-ci ildə Azərbaycanın bolşevik-daşnak işğalına qarşı birgə müqavimət göstərdiklərini diqqətə çatdırıb. Baş konsul qeyd edib ki, bu soyqırımına, eləcə də Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına və 1 milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qoyulmasına baxmayaraq, bu gün Ermənistandan fərqli olaraq Azərbaycan xalqı öz övladlarına nifrət hissləri aşılamır, əksinə, gənc nəsli xalqlar və dinlər arasında qarşılıqlı hörmət, tolerantlıq dəyərləri ilə yetişdirir. Bu isə Azərbaycan xalqının yüksək mənəviyyatından və mədəniyyətindən xəbər verir.

Sonra Kaliforniyada nəşr olunmuş “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifi, amerikalı jurnalist Raul Kontreras çıxış edərək xalqımızın başına gətirilən faciələri yaxından araşdırdığını, XX əsr ərzində ermənilərin azərbaycanlılara qarşı insanlığa zidd millətçilik, müntəzəm deportasiya və mədəni irsimizin məhv edilməsi vasitəsilə davamlı soyqırımı siyasəti həyata keçirdiyini bildirib.

Çıxışlardan sonra müsəlman, xristian və zərdüşt din xadimləri tərəfindən soyqırımına məruz qalan azərbaycanlıların ruhuna dualar oxunub.

Sonra Los-Ancelesdə fəaliyyət göstərən pianoçu Ceyson Abrams, azərbaycanlı skripkaçı Elvina Qurbanova və azərbaycanlı gənc vokalist, beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü Emin Eminzadənin ifalarında Azərbaycan və dünya klassikasından həzin musiqi əsərləri təqdim olunub.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib