Türkiyənin Hərbi Dəniz Qüvvələri dənizdə batan gəmidəki insanları xilas edib.Muğlanın Fethiyə rayonunda dənizdə batan “Mermaid” adlı gəzinti gəmisindəki insanlar üzərək özlərini yaxınlıqdakı qayalara çatdıra biliblər. Göyərtədə 71 tələbə və 8 heyət üzvü olub. Türkiyənin Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sahil mühafizəçiləri onların köməyinə çatıblar. Xilasetmə işlərinə 5 gəmi, bir təyyarə və bir helikopter cəlb olunub.