Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2026-cı il Qış Olimpiya Oyunlarını təşkil etməyə namizəd şəhərlərin adını açıqlayıb.
Siyahıda yeddi ölkə yer alıb.
Belə ki, Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Avstriyanın Qrats, Kanadanın Kalqari, Yaponiyanın Sapporo, İsveçin Stokholm, İsveçrənin Syon, Türkiyənin Ərzurum şəhərləri namizədliyini irəli sürüb.
İtaliya Milli Olimpiya Komitəsi isə 2026-cı il Qış Olimpiya Oyunlarının 3 şəhərdən birində keçirilməsini təklif edib. İtaliya Kortina d’Ampetso, Milan və ya Turin şəhərlərinin namizədliyini irəli sürüb.
Qeyd edək ki, bu ilin Qış Olimpiya Oyunları Cənubi Koreyanın Pxönçan şəhərində keçirilmişdi.
2022-ci ildə bu oyunlara Çinin paytaxtı Pekin ev sahibliyi edəcək.