Ermənistan prezidenti Serj Sərkisyan müxalif Daşnaksütun Partiyasının liderlərindən olan Vaan Ovannisyanı ölkənin Almaniyadakı səfiri postuna təyin edib.
məlumatına görə, sərəncam dekabrın 28-də imzalanıb.
Vaan Ovannisyan 1956-cı ildə anadan olub. Tarix elmləri namizədidir. 1995-1998-ci illərdə həbsdə yatıb. Dörd dəfə deputat seçilib, 2003-2008-ci illərdə parlament sədrinin müavini postunu tutub. 2008-ci ilin prezident seçkisində iştirak edib.
Elməddin Əmirov