Polşanın Rəqabət və İstehlakçıların Hüquqları İdarəsi atom elektrik stansiyasının tikintisinə icazə verib. Ölkənin ən böyük energetika şirkətləri – PGE, KGHM, “Tauron” və “Enea” layihənin həyata keçirilməsi üçün səylərini birləşdirir.
2025-ci ildə ilk reaktorun işə salınması nəzərdə tutulur. Yaradılacaq “PGE EJ 1” firması sərmayələrin cəlb edilməsi ilə məşğul olacaq. İlk növbədə, elektrik stansiyasının tikintisi üçün yer ayrılacaq. Qoyulacaq sərmayənin məbləği isə 15,5 milyard avroya yaxın olacaq.