Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, prezidentlər telefon danışığında ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya raket zərbələri endirməsini müzakirə edib, bu hücumdan sonra Suriyada vəziyyətin gərginləşdiyini ifadə ediblər.
Rusiya və Türkiyə prezidentləri Suriya probleminin siyasi yolla həlli istiqamətində ikitərəfli əməkdaşlığı artırmaq barədə razılığa gəliblər.