Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Romada Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib

Tarix:19-04-2018, 19:32

Romada Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib


Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işinə başlayıb. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC - Şərqdə ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” və Ərciyəs Universitetində "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf" mövzusunda, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi" mövzusunda konfransın bölmə iclasları keçirilib.

Aprelin 18-də İtaliyanın Cənubi Latsio Universitetində ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq” mövzusunda bölmə iclası keçirilib.

Tədbirdə İtaliya, Fransa, Moldova və Litvanın müxtəlif universitetlərinin və elmi-akademik dairələrinin nümayəndələri, müəllim və tələbə heyəti iştirak ediblər.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək ölkəmizdə tarixən formalaşmış multikultural ənənələrin və dəyərlərin, yüksək tolerantlıq mühitinin mövcudluğundan bəhs edib. Diplomat bu ənənə və dəyərlərin qorunub saxlanılması üçün həyata keçirilən dövlət siyasətindən, eləcə də sivilizasiyalararası dialoqun təşviqində ölkəmizin səylərindən və təşəbbüslərindən söz açıb. O, Azərbaycanda multikulturalizmin dövlət siyasəti kimi əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb.

Azərbaycan Dillər Universitetinin prorektoru, professor Əfqan Abdullayev çıxışında ADU-nun rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən beynəlxalq elmi konfrans çərçivəsində 11 ölkənin 13 ali məktəbində müxtəlif tədbirlərin təşkilinin nəzərdə tutulduğunu və bu tədbirin onlardan biri olduğunu qeyd edib. O, tədbirlə əlaqədar Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdullanın təbrik və təşəkkür məktubunu oxuyub.

İtaliyanın Təhlükəsizlik və Azadlıq Fondunun prezidenti Feliçe Romano, professor Alessandro Fiqus, Kassino Universitetinin rektoru Covanni Betta, Link Kampus Universitetinin prezidenti Vinçenzo Skotti, KORE Universitetinin prezidenti Salerno Kataldo və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İtaliya nümayəndəliyinin rəhbəri Sandro Teti Azərbaycanda multikulturalizm və tolerantlığın xüsusiyyətlərinə dair fikirlərini ifadə ediblər.

Tədbirdə Azərbaycan Dillər Universitetinin professoru Azad Məmmədov "Azərbaycanda multikulturalizm", professor Anar Bağırov "Multikulturalizm və din, Azərbaycan təcrübəsi", Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev “Multikultural təhlükəsizliyin Azərbaycan modeli: dini ekstremizmə qarşı mübarizə kontekstində”, AMEA-nın üzvləri professor İlham Məmmədzadə "Multikulturalizm fəlsəfi kontekstdə" və professor Zöhrə Əliyeva “Azərbaycanda tolerantlığın ənənələri” mövzularında, eləcə də İtaliyanın Genuya, Kataniya, Link Kampus, Romatre, Fransanın Nimes, Litvanın Klaypeda universitetlərinin, Moldovanın Beynəlxalq İdarəçilik İnstitutunun professorları multikulturalizmə aid müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Məruzələrdə Azərbaycanda mövcud olan yüksək tolerantlıq mühiti, multikultural ənənə və dəyərlərin qorunub saxlanılması təqdir edilib, ölkəmizin multikulturalizm siyasətinin əsasları, bu sahədə mövcud hüquqi baza və əldə olunmuş nailiyyətlər haqqında geniş məlumat verilib. Çıxışlarda Azərbaycanın multikultural dəyərlərinin dünyada tanıdılması baxımından belə tədbirlərin əhəmiyyəti vurğulanıb.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib