Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, 24 iyun tarixində keçiriləcək növbədənkənar parlament və prezident seçkiləri xalqın tələbidir.
Bu barədə Ərdoğan çıxışında deyib. Türkiyə lideri bildirib ki, onun üçün xalqın maraqları daha vacibdir və seçkilərdən sonra ölkəsi daha da güclü olacaq.
Qeyd edək ki, Türkiyədə iyunun 24-də parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərdə 11 siyasi partiya iştirak edəcək.