Türkiyənin sabiq prezidenti Abdulla Gül 24 iyunda keçiriləcək növbədənkənar prezident seçkilərində namizəd olub-olmayacağı haqda suallara aydınlıq gətirib.
Keçmiş prezident seçkilərdə namizədliyini irəli sürməyəcəyini bəyan edib.
"Namizədliyimlə bağlı məsələ artıq müzakirə mövzusu deyil"- deyə Gül vurğulayıb.
Qeyd edək ki, iyunun 24-də Türkiyədə parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərdə 11 siyasi partiya iştirak edəcək.