Yəməndə xüsusi təyinatlı dəstənin keçirdiyi əməliyyat nəticəsində İŞİD terrorçu qruplaşmasının başçılarından biri zərərsizləşdirilib.
Əməliyyatda öldürülən başçı, İŞİD-in “Ədən-Əbyan vilayətinin əmiri” Saleh Nasir Əl Bəxşi olub.
Ədən şəhərinin şimal-şərqində yerləşən binaya reyd zamanı o, təslim olmaqdan imtina edib və güllələnib. Binadan olan daha üç terrorçu həbs olunub.
Silahlı toqquşmada bir hərbçinin həlak olduğu, iki nəfərin yaralandığı bildirilir.