Ermənistan müxalifəti İrəvanda yenidən aksiyalara başlayıb.Erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar İrəvanın mərkəzi küçələrini bağlayıblar. Nümayişçilər hakimiyyətin əleyhinə şüarlar səsləndirirlər. Polis etirazçılara müdaxilə etmir.
Müxalifət lideri Nikol Paşinyan xalqı saat 19.00-da "Respublika" meydanında keçiriləcək mitinqə gəlməyə çağırıb.