Çinin şimal-qərbindəki Çinxay vilayətində yerli vaxtla 17:23-də (Bakı vaxtı ilə 13:23) 5,3 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin episentri Çenduo şəhəri yaxınlığında, 9 kilometr dərinlikdə olub. Hələlik dağıntı və tələfat barədə məlumat verilmir.