Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Beynəlxalq Şahmat Festivalının 7-ci turu başa çatıb

Tarix:9-05-2018, 00:50

Beynəlxalq Şahmat Festivalının 7-ci turu başa çatıb


Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalında 7-ci turun oyunları başa çatıb.

“A” qrupunda azərbaycanlı qrossmeysterlər Eltac Səfərli (2657) və Nicat Məmmədov (2602) üz-üzə gəlib. Görüş “sülh”lə yekunlaşıb.

Eyni xala malik olan hollandiyalı qrossmeyster Sergey Tiviyakovla (2569) türkiyəli qrossmeyster Sanal Vahapın (2505) görüşü də böyük marağa səbəb olub. Qara taxtada mübarizə aparan türk şahmatçı məğlub olub. Azərbaycanlı qrossmeysterlər Fərid Abbasov (2531) və Qədir Hüseynov (2654) bu turda müvafiq olaraq almaniyalı qrossmeyster İqor Xenkin (2557) və iranlı qrossmeyster Qaem Maqami Ehsanla (2531) qarşılaşıblar və hər iki görüşdə şahmatçılar yarım xala razı olublar.

Digər maraqla gözlənilən görüşlərdə qazaxıstanlı beynəlxalq usta Pak Yevgeni (2390) ispaniyalı Oleq Kornyovla (2533), ukraynalı qrossmeyster Vitaliy Bernadskiy (2589) israilli qrossmeyster İlia Smirinlə (2592) mübarizə aparıblar. Qazaxıstanlı şahmatçı qələbəni bayram etdiyi halda, digər görüşdə qalib müəyyənləşməyib.
Turnirin ən reytinqli şahmatçısı, ukraynalı qrossmeyster Anton Korobov (2678) isə azərbaycanlı beynəlxalq usta Məhəmməd Muradlının (2417) müqavimətini qıra bilməyib və yarım xalla kifayətlənib.

Naxçıvanlı FIDE ustalarımız Pərviz Qasımov (2329) və Sadiq Məmmədov (2293) müvafiq olaraq iranlı beynəlxalq usta Musavi Seyid Xəlil (2460) və belaruslu qrossmeyster Aleksey Aleksandrovla (2594) mübarizə aparıblar. Sadiq yarım xal qazandığı halda, Pərviz məğlubiyyətlə barışıb. Qrossmeyster Urfan Sevdimalıyev (2397) isə beynəlxalq usta Gülnar Məmmədovadan (2360) üstün olub. Beynəlxalq usta Toğrul Həsənzadə (2350) isə FIDE ustası Gövhər Beydullayeva (2176) ilə görüşdə ağ-qara taxtanı məğlub tərk edib.

Hazırda turnir cədvəlinə 5,5 xalla hollandiyalı qrossmeyster Sergey Tiviyakov başçılıq edir. Onu 5 xalla üç zəka sahibi izləyir.

Beynəlxalq Şahmat Festivalının “B” qrupunun son turundan sonra hazırda turnir cədvəlinə yalnız bir zəka sahibi başçılıq edir. Belə ki, son 7-ci turda Samir Davidovu (2216, Xaçmaz) məğlub edən Ağdam şahmatçısı Fariz Əhmədov (2146) 6,5 xalla liderliyə yüksəlib. 9 zəka sahibi isə onu 5,5 xalla izləyir.

“C” qrupunun lideri isə Naxçıvan şahmat məktəbinin yetirməsi Zahid Allahverdiyevdir (1398). O, son turda Bakı təmsilçisi Əli Zuqanova (1299) qalib gəlməklə, xallarının sayını 6,5-ə yüksəldib. Sonrakı 4 pillədə qərarlaşanlar isə 6 xala malikdir. Onlar arasında muxtar respublikanı təmsil edən iki zəka sahibi – Uğur Həsənli və İlkin Qəbulov da var.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir