İranlı millət vəkilləri parlamentin iclası zamanı ABŞ-ın nüvə razılaşmasından imtina etməsinə etiraz olaraq, bu ölkənin bayrağını və razılaşmanın mətnini yandırıblar.Bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Məlumatda qeyd olunur ki, parlamentin iclası zamanı bəzi millət vəkilləri “ABŞ-a ölüm” kimi şüarlar da səsləndiriblər.
İclas zamanı İran parlamentinin sədri Əli Laricani də ABŞ əleyhinə sərt ifadələr səsləndirib: “ABŞ-ın razılaşmadan imtina etməsi, Trampın problemi həll etmək üçün ağlının olmadığını göstərdi. Tramp yalnız zor dilini bilir. Onun qərarı beynəlxalq sülhə və təhlükəsizliyə təhdidir”.
Laricani bildirib ki, İran Atom Enrjisi Təşkilatı nüvə fəaliyyətinə yenidən başlamaq üçün hazır olmalıdır.