Ukraynadakı gərgin ictimai-siyasi vəziyyət bu ölkənin paytaxtı Kiyevə həyata keçirilən aviareyslərə tələbatı əhəmiyyətli dərəcədə azaldıb.
Yaranmış durumu nəzərə alan Qazaxıstanın SCAT aviaşirkəti mart ayının sonuna qədər Ukrayna paytaxtına yerinə yetiriləcək uçuşların təxirə salınmasına dair qərar qəbul edib. Şirkətin yaydığı məlumata əsasən, aviareyslərə bilet almış sərnişinlərin pulu 100% geri qaytarılacaq.
Azərbaycanda isə bu baxımdan hələ ki, heç bir problem yoxdur. Ölkənin milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC-nin bilet satışı üzrə eksklüziv agenti “SW Travel” şirkətindən bildirilir ki, Bakıdan Kiyevə, eləcə də Ukraynanın Lvov və Simferepol şəhərlərinə aviareyslərin icrasında heç bir problem yoxdur və uçuşlar adi qaydada həyata keçirilir.