Abşeron qəzetinin yeni sayı
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
19-05-2018, 17:39 Oxunub: 1286

Abşeronda Aprel şəhidinin xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə turnir keçirilib

Abşeron rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi ilə mayın 19-da Abşeron rayonu Qobu qəsəbəsində yerləşən Cavanşir İdman Klubunda Aprel şəhidi Əli Heydərovun xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında şəhərlərarası turnir keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev çıxış edərək keçirilən turnirin məqsəd və əhəmiyyətindən danışıb.Bildirib ki, turnir aprel döyüşlərində şəhid olmuş Əli Heydərovun xatirəsinə həsr olunub. Turnirin keçirilməsində əsas məqsəd rayon gənclərinin asudə vaxtlarının düzgün və səmərəli təşkili, aprel döyüşlərində həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək olmaq, gənclərə vətənpərvərlik hisslərinin aşılanması və sağlam həyat tərzinin təbliğ olunmasından ibarətdir.

Ə.Əmirəliyev aprel döyüşlərində ordumuzun qazandığı tarixi qələbədən danışaraq qeyd edib ki, bu qələbə ermənilərə ordumuzun gücünü göstərdi. Bəzi strateji yüksəkliklər, o cümlədən Lələtəpə düşməndən azad olundu. Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin hərbi qüdrətini nəinki Ermənistana, bütün dünyaya bir daha nümayiş etdirdi. Dünya Azərbaycan Ordusunun bu döyüşlərdə yüksək peşəkarlıq, qəhrəmanlıq göstərdiyinin şahidi oldu. Bunun nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayış üçün yaranan təhlükə aradan qalxdı. Prezident İlham Əliyevin göstərişi ilə kənddə tikinti-quruculuq işlərinə başlanıldı. Bu, məcburi köçkünlərin öz doğma torpaqlarına böyük qayıdışının başlanğıcıdır.

Daha sonra şəhidin atası –İntiqam Heydərov çıxış edərək övladının xatirəsini əziz tutduqlarına, yaddan çıxarmadıqlarına görə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya , rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyevə və əməyi keçən hər kəsə ailələri adından öz dərin minnətdarlıqlarını çatdırıb.

Anım mərasimində çıxış edən Qarabağ qaziləri-Rasim Ələkbərov və Xudakərim Əhmədov şəhidin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verib, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Əli Heydərovun xatirəsinin Abşeronluların qəlbində əbədi yaşayacağını bildiriblər.

Məlumat üçün bildirək ki, gərgin idman mübarizəsi şəraitində keçən turnirdə ümumilikdə Bakı,Sumqayıt Lənkəran, Kürdəmir şəhərlərindən və Abşeron rayonundan 9 komandanın 127 idmançısı iştirak edib.

Sonda turnirdə iştirak edən idmançılara Abşeron rayon Gənclər və İdman İdarəsinin Diplom və medalları təqdim olunub.

Şamo Əliyev

XƏBƏR LENTİ
17:06 | Abşeronun veteran cüdoçusu Avropa mükafatçısı oldu 13:34 | Barmaqları ilə tarda möcüzə yaradan Abşeronlu 11:08 | Aşağı Güzdək qəsəbəsində “Əlvida bağça, salam məktəb” tədbiri keçirildi 10:42 | Xırdalanın 26 saylı bağçasında “Əlvida bağça, salam məktəb” devizi altında tədbir keçirildi 11:11 | Abşeronda imkansız ailələrə bayram sovqatı paylanıb 21:38 | Milli Qurtuluş Günü Abşeronda möhtəşəm bayram konserti ilə yadda qalıb 17:27 | Xırdalan məktəbində məzunların “Son zəng” sevinci 16:29 | Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng” 10:36 | Abşeron məktəbində M.Müşfiqin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 18:56 | Uşaqlar bağçaya "əlvida" dedilər 14:54 | Xırdalan məktəbində əlifba bayramı-FOTOLAR 18:30 | Mehdiabadda “Əlvida bağça, salam məktəb” adlı tədbir keçirilib 15:16 | Xırdalan şəhər 1 saylı uşaq bağcasında “Əlvida bağça, salam məktəb” tədbiri 14:34 | Bu il Digahdakı 6 saylı bağçadan 35 uşaq məktəbə gedəcək 14:57 | Uşaqlar əyləncəli və rəngarəng məşğələlərlə gələcəyə çox ciddi hazırlanır 15:50 | Abşeronda “Tarixin izi” jurnalının təqdimatı olub-FOTOLAR 16:51 | Abşeronda meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı qeyd olundu 17:15 | 24 saylı körpələr evi-uşaq bağçasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir 20:37 | 1 iyun-Uşaqların Beynəlxalq Müdafiə Günü Xırdalan bağçasında böyük təntənə ilə qeyd olundu. 17:30 | Abşeronda 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü qeyd olundu 17:18 | Millət vəkili Zeynəb Xanlarova Abşeron rayonunda seçiciləri ilə görüşüb 20:40 | Sarayda “Əlvida bağça, salam məktəb!” adlı buraxılış tədbiri keçirilib- Video