Rusiya Prezidenti Vladimir Putin bu ilin sentyabr və oktyabr aylarında Azərbaycan, Tacikistan və Özbəkistana işgüzar səfər etmək niyyətindədir.
Bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov “İzvestiya” qəzetinə bildirib.
“Sentyabrın sonlarında Rusiya Prezidenti Vladimir Putin Azərbaycana gedəcək. Bundan başqa, sentyabrın 27-28-də dövlət başçısı MDB ölkələri liderlərinin Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək görüşündə də iştirak edəcək. Oktyabr ayında isə onun Özbəkistana səfəri planlaşdırılıb”, - deyə məqalədə qeyd edilir.
Yuri Uşakovun sözlərinə görə, ilin sonlarında Moskvada Rusiya, Azərbaycan və İran prezidentlərinin iştirakı ilə üçtərəfli sammit keçiriləcək.