ABŞ-ın dövlət katibi Mayk Pompeo oktyabr ayında Şimali Koreyaya səfər edəcək. “RİA Novosti” xəbər verir ki, səfər çərçivəsində Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsi müzakirə olunacaq.
Bununla yanaşı, ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında görüşün təşkili məsələləri də müzakirə olunacaq.