Bremen şəhərində (Almaniya) kosmonavtika məsələlərinə həsr edilmiş beynəlxalq konfransda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Kosmik Agentliyi ilə ABŞ-ın NASA Kosmik Agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
BƏƏ ali təhsil məsələləri üzrə dövlət naziri və Kosmik Agentliyin direktorlar şurasının sədri Əhməd Al Falasinin sözlərinə görə, bu saziş kosmik fəzanın dinc məqsədlər üçün öyrənilməsi, tədqiqat layihələri və Əmirlik üçün astronavtlar hazırlanması sahələrində əməkdaşlıq məsələlərini əhatə edir.