Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Tailand “Huawei-5G” texnologiyalarını sınaqdan keçirib

Tarix:8-02-2019, 17:56

Tailand “Huawei-5G” texnologiyalarını sınaqdan keçirib


ABŞ-ın Çinin texnologiya nəhəngi “Huawei” şirkətinin yeni nəsil mobil şəbəkə qurmasına əngəl olmaq məqsədilə müttəfiqlərinə etdiyi müraciətə rəğmən fevralın 8-də Tailand “Huawei-5G” texnologiyalarını sınaqdan keçirib.

Telekommunikasiya qurğularının və smartfonların dünyada ikinci nəhəng istehsalçısı olan Çin şirkəti hazırda beynəlxalq miqyasda casusluq ittihamları ilə qarşılaşıb. Birləşmiş Ştatların Asiyada köhnə müttəfiqi olan Tailand isə “Huawei” şirkətinin Cənub-Şərqi Asiyada əsas dayağına çevrilir. Bu ölkənin rəqəmsal iqtisadiyyat naziri Piçet Duronqkaveroj bəyan edib ki, Çin şirkətinə qarşı hələ tam sübut olunmamış ittihamlara görə onunla əməkdaşlıqdan imtina etmək düzgün deyil. Tailand ordusunun əsas mərkəzi olan və Banqkokdan 90 kilometr məsafədə yerləşən Çonburi rayonunda 45 milyard dollar sərmayə qoyulacaq Şərq İqtisadi Dəhlizinin yaradılması planlaşdırılır. “Huawei-5G” texnologiyalarının sınağı da məhz burada keçirilib. Çonburidə “Vendors”, “Ericsson” və “Thai Telekoms” şirkətlərinin də 5G sınaq laboratoriyaları qurulub.

Gəlirlərinin yarısını Çinin hüdudlarından kənarda əldə edəcəyini bəyan edən “Huawei” şirkəti artıq 5G texnologiyaları üzrə qlobal miqyasda 30 kommersiya kontraktı imzalayıb. Lakin hələ də Tailandla bu cür razılaşma əldə olunmayıb. Hazırda Çin şirkəti bu ölkədəki telekommunikasiya operatorları ilə danışıqlar aparır və 2020-ci ilin dekabrında Banqkokda şəbəkələrin tam qurulub başa çatdırılmasını planlaşdırır.

ABŞ-ın Tailanddakı səfirliyinin mətbuat katibi bildirib ki, Banqkok gələcəkdə Çin şirkəti ilə əməkdaşlığa üstünlük verərsə, kiberhücumlara qarşı müdafiəsiz qala və rəsmiləşdirilməyən şəbəkə problemləri ilə qarşılaşa bilər. “Biz öz müttəfiqlərimizə və tərəfdaşlarımıza təklif edirik ki, bu cür riskləri nəzərə alsınlar və öz şəbəkələrinin təhlükəsizliyini təmin etmək üçün şübhəli kontraktlardan uzaq dursunlar”, -deyə amerikalı diplomat əlavə edib.

Tailandla ABŞ arasında münasibətlər Banqkokda 2014-cü ildə baş vermiş hərbi çevrilişdən sonra korlanıb. Digər tərəfdən, bu ölkə Cənub-Şərqi Asiyaya böyük sərmayələr qoyan Çinlə yaxınlaşıb. Belə ki, Pekin son illər Tailandın təşəbbüsçüsü olduğu Şərq İqtisadi Dəhlizində məlumat mərkəzinin yaradılmasına 22,5 milyard dollar vəsait xərcləyib. Çinin “Alibaba”, “Tencent”, “Kingsoft” şirkətləri də bu layihəyə sərmayələr qoyacaqlar.

Vaşinqtonla həmrəy olan Avropa Komissiyası isə yanvarın 30-da “Huawei-5G” texnologiyalarının Avropada qadağan edilməsi məsələsini müzakirə edib.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir