Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Türkmənistanda rəsmi səfərdədir.
Fevralın 21-də Türkmənistan və Əfqanıstan prezidentləri iki ölkə arasında strateji əməkdaşlıq haqqında müqavilə imzalayıblar.
Həmçinin iki ölkə arasında gömrük, hava nəqliyyatı ilə bağlı sazişlər, Akina-Andxoy dəmir yolunun tikintisinə dair anlaşma memorandum və digər sənədlər imzalanıb.