Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xocalı soyqırımı ilə əlaqədar Misirdə anım mərasimi keçirilib

Tarix:25-02-2019, 13:44

Xocalı soyqırımı ilə əlaqədar Misirdə anım mərasimi keçirilib


Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ölkəmizin Misirdəki səfirliyində anım mərasimi keçirilib.

Tədbirdə ölkəmizin Misirdəki səfiri Tural Rzayev Xocalı soyqırımı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş yaşlılar, qadınlar və uşaqlar barədə ətraflı məlumat verib.

T.Rzayev Xocalıda dinc insanlara qarşı törədilmiş qətliamla bağlı ciddi ölçülərin götürülməməsindən təəssüfləndiyini bildirərək, bir milyondan çox azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşdüyünü vurğulayıb.

Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən sülh danışıqlarının indiyədək heç bir müsbət nəticə verməməsini Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqe ilə əlaqələndirib.

Akademik Yaqub Mahmudov çıxış edərək erməni təcavüzkarlarının müstəqil Azərbaycana qarşı işğalçılıq siyasətindən, xalqımıza qarşı törədilən soyqırımlarından bəhs edib, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqda davam etdiyini qeyd edib.

Akademik tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində və ölkəmizin işğal olunmuş Qarabağ torpaqlarında yüzlərlə tarixi abidənin, İslam tarixi irsinin məhv edildiyini və Azərbaycana aid toponimlərin saxtalaşdırıldığını diqqətə çatdırıb, bu vandalizmə qarşı elmi müstəvidə birləşməyin vacibliyini söyləyib.

Tədbir çərçivəsində diaspora mərkəzində Azərbaycan dilini öyrənən misirli tələbələr ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımları pisləyən çıxışlar edib və Səməd Vurğunun “Azərbaycan” adlı şerini səsləndiriblər.

Anım mərasimində Xocalı soyqırımını əks etdirən kitablar nümayiş etdirilib.

Qeyd edək ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyində keçirilən anım mərasimi Misirin bir sıra nüfuzlu qəzet və internet səhifələrində geniş şəkildə işıqlandırılıb.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib