Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bostonda Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Tarix:27-02-2019, 13:19

Bostonda Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib


ABŞ-ın ən böyük və tarixi şəhərlərindən biri və ölkənin təhsil mərkəzi kimi tanınan Boston şəhərində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

ABŞ-ın Nyu-Enqland regionu və Massaçusets ştatında yaşayan Azərbaycan icmasının təşkilatçılığı və Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə keçirilmiş tədbirdə Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Orxan Zeynalov, Türkiyənin Boston şəhərindəki baş konsulu Ceylan Ərişən və Konsulluğun əməkdaşları, Türkiyə-Amerika İdarəetmə Komitəsinin (Turkish-Amerikan Steering Committee) rəhbəri doktor Halil Mutlu və TASC üzvləri, həmçinin Azərbaycan icmasının fəalları, o cümlədən Bostonda təhsil alan Azərbaycanlı tələbələr iştirak edib.

Azərbaycan himninin oxunması ilə başlayan tədbirdə daha sonra Bostonda yaşayan Azərbaycan icmasının aparıcı simalarından olan Mirkamran Abdullayev Xocalı faciəsinin xalqımızın tarixində unudulmaz iz buraxdığını və erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş günahsız insanların ruhunun yaddaşlarda əbədi yaşayacağını qeyd etdi.

Sonra Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri O. Zeynalov çıxış edərək, Xocalı soyqırımının xalqımızın qan yaddaşında hər zaman yadda qalacağını, dünya ictimaiyyətinin sözügedən faciəyə düzgün hüquqi və siyasi qiymət verməsinin vacibliyini qeyd etdi. Bu xüsusda ABŞ-da yaşayan Azərbaycan icmasının da Amerika ictimaiyyəti üçün müvafiq maarifləndirici fəaliyyətinin xüsusi əhəmiyyəti vurğulanaraq, tədbirin təşkilinə görə Azərbaycan icmasına, həmçinin, tədbirə dəstəyə görə Türkiyə tərəfinə minnətdarlıq edildi.

Türkiyə Respublikasının Boston şəhərindəki baş konsulu Ceylan Ərişən çıxışında Xocalı faciəsi zamanı ermənilərin törətdiyi vəhşiliklərin yaddaşlardan heç zaman silinməyəcəyini, Türkiyə millətinin bu acı gündə həmişə Azərbaycan xalqının yanında olacağını vurğuladı.

Tədbirin davamında ABŞ-da yaşayan tanınmış və istedadlı kinorejissorumuz Şamil Nəcəfzadənin çəkdiyi və Xocalı faciəsinin qurbanları və onların ailə üzvlərinə həsr olunmuş "Müharibə uşaqları" filmi nümayiş etdirilib.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib