Abşeron qəzetinin yeni sayı
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
4-06-2019, 10:11 Oxunub: 187

Gürcüstan Prezidenti Ramazan bayramı münasibəti müsəlmanları təbrik edib

Gürcüstan Prezidenti Ramazan bayramı münasibəti müsəlmanları təbrik edib

Gürcüstan Prezidenti Salome Zurabişvili müqəddəs Ramazan bayramı münasibətilə iyunun 4-də Tbilisidəki Cümə məscidini ziyarət edib.

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) müftisi hacı Yasin Əliyev Prezident Salome Zurabişvilini salamlayıb və müsəlmanları təbrik üçün məscidə gəldiyinə görə ona minnətdarlıq edib.

Y.Əliyev deyib ki, bu gün Gürcüstanda bütün dini qurumlar dövlətdən bərabər şəkildə yardım alır. Məscidlər və digər dini ibadət ocaqları dövlət hesabına təmir olunur. Baş nazirin təşəbbüsü ilə paytaxt Tbilisidə, eləcə də digər dövlət və hökumət üzvlərinin iştirakı ilə bölgələrdə iftar süfrələri açılıb. Bütün bunlar Gürcüstanda tolerantlığın və demokratiyanın mövcudluğunu sübut edir.

Müqəddəs Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edən Prezident Salome Zurabişvili deyib: “Bu gün Ramazan bayramında sizinlə bir yerdə olmaqdan çox xoşbəxtəm. İslam bərabərlik, sülh və əmin-amanlıq dinidir. Bu gün Gürcüstanda tolerantlıq hökm sürür. Lakin əfsuslar olsun ki, dünyanın bəzi yerlərində vəziyyət heç də belə deyil. Ona görə də biz birlikdə möhkəm olmalıyıq ki, nəyə qadir olduğumuzu hamı görsün”.

Müsəlmanların hər zaman Gürcüstan dövlətinin yanında olduqlarını və onun dövlətçiliyinin möhkəmlənməsinə çalışdıqlarını söyləyən S.Zurabşvili bildirib: “Bu şəhərdə sizin yeriniz hər zaman olub. Şəhərin mərkəzində belə bir məscidin mövcud olması da bunu sübut edir”.

Qeyd edək ki, Gürcüstan müsəlmanları müqəddəs Ramazan ayının başa çatmasını bu gün qeyd edirlər. Bayram namazını qılmaq üçün yüzlərlə müsəlman bu gün sübh tezdən Tbilisidəki Cümə məscidində toplaşıb.

Gürcüstan Prezidenti Ramazan bayramı münasibəti müsəlmanları təbrik edib

Gürcüstan Prezidenti Ramazan bayramı münasibəti müsəlmanları təbrik edib

Gürcüstan Prezidenti Ramazan bayramı münasibəti müsəlmanları təbrik edib

Gürcüstan Prezidenti Ramazan bayramı münasibəti müsəlmanları təbrik edib
XƏBƏR LENTİ
Bu gün, 15:38 | Çox çay və qəhvə içənlərə həkimdən QORXUNC XƏBƏRDARLIQ: Sümükləriniz əriyirBu gün, 15:25 | Prezidentin imzaladığı sərəncamlar ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsidirBu gün, 15:14 | Azərbaycanda dövlət qulluğunun ən müasir tələblər səviyyəsinə qaldırılması üçün məqsədyönlü iş aparılırBu gün, 15:03 | Azərbaycanın Rusiya ilə dövlət sərhəd xəttinin yüksək dağlıq əraziləri sərhəd nişanları ilə işarələnəcəkBu gün, 15:01 | Elmar Məmmədyarov: Azərbaycan QDİƏT-ə üzv olan ölkələrdə sülh, sabitlik və inkişafın artırılması istiqamətində səyləri artırmağa çağırırBu gün, 15:00 | Gürcüstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlibBu gün, 14:59 | Azərbaycan Ordusunda döyüş postlarının növbətçi heyətləri arasında müsabiqə keçirilibBu gün, 12:52 | Abşeronlu gənclər istifadə etmədikləri geyimlərini ehtiyacı olan gənclərə bağışladılarBu gün, 11:55 | Sağlamlığı qorumaq istəyənlər qarpız yesin! Nəhəng giləmeyvənin 7 faydasıBu gün, 11:47 | Sona Əliyeva: Prezident İlham Əliyev sosial rifahın yüksəldilməsi üçün davamlı tədbirlər həyata keçirirBu gün, 10:12 | Ürəyinizin döyüntü sayı bu xəstəliklərdən xəbər verir - Türkiyəli kardioloq açıqladıBu gün, 10:11 | Təzyiqin aşağı salınmasının ən sadə üsulu. Dərmansız!Bu gün, 10:09 | Körpənin dırnağını necə kəsmək lazımdır?Bu gün, 10:07 | Mitsubishi şirkətindən süni intellektə malik danışma-tanıma texnologiyasıBu gün, 10:00 | 10 dəqiqəlik enerji ilə 300 kilometrlik yol üçün batareyaBu gün, 09:58 | Virtual həqiqət ilə hüceyrələrin içində səyahətDünən, 17:15 | Abşeron rayonunda səhiyyə işçilərinin peşə bayramı qeyd olunduDünən, 16:19 | Qarpızı alanda kəsdirməyin! ZİYANLARIDünən, 16:18 | Millət vəkili: Bu sərəncam əhalinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əsl inqilabdırDünən, 16:17 | Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcəkDünən, 14:51 | Məşhur psixoloqdan sağlam və möhkəm münasibət qurmağın 22 QAYDASIDünən, 14:48 | Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb