Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ermənistan işğal etdiyi Dağlıq Qarabağ ərazisini dünyada narkotik vasitələrin ən böyük tranzit məkanına çevirib

Tarix:20-09-2020, 13:40
Baxış Sayı:588

Ermənistan işğal etdiyi Dağlıq Qarabağ ərazisini dünyada narkotik vasitələrin ən böyük tranzit məkanına çevirib

Beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirməsi narkotik maddələr dövriyyəsinin daha geniş vüsət almasına şərait yaradır

Uzun illərdir ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir. Qonşu ölkələrin torpaqları hesabına öz ərazilərini genişləndirən və bu torpaqlar üzərində Ermənistan dövləti yaradan erməni xalqının mayası sanki qəsbkarlıqdan, zalımlıqdan yoğrulub. İqtisadi böhrandan xilas ola bilməyən işğalçı dövlətdə yerli sakinlər acından ölməmək üçün xarici dövlətlərə köçürlər.

Yerli kütləvi informasiya vasitələrinin yazdıqlarına görə, Ermənistan əhalisinin yarısı ölkəni tərk edərək çörək pulu qazanmaq üçün dünyanın müxtəlif regionlarına səpələniblər. Hakimiyyətə rəhbərlik edənlər isə öz bizneslərini narkotik maddələrin əkilib - becərilməsi və satılması üzərində qurublar. Narkobiznesi özlərinin əsas gəlir mənbəyi hesab edən Ermənistanın dövlət rəsmiləri işğal altında saxladıqları Azərbaycan ərazilərundən qanunsuz olaraq narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə edirlər.

Azərbaycanın Ermənistan tərəfindən işçğal olunmuş Dağlıq Qarabağ ərazilərində qanunsuz yolla narkotik bitkilərin yetişdirilməsi artıq bütün dünyaya bəllidir. Azərbaycan dəfələrlə bu mövzunu beynəlxalq təşkilatların qarşısında qaldırsa da, problemin aradan qaldırılmasında ciddi tədbirlər görülməmişdir, həmişə olduğu kimi, yenə də ikili standartların şahidi olmuşuq. Elə bu laqeyd münasibətin, siyasi riyakarlığın nəticəsidir ki, məsələ hələ də öz həllini tapmayıb.

Beynəlxalq təşkilatlara da məlumdur ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını narkotik məhsulların yetişdirilməsi və qaçaqmalçılığı yuvasına çevirib. Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərindən əsas beynəlxalq narkotrafik marşrutlarından biri keçir: Beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan hazırda işğal edilmiş ərazilərində baş verənlərə, eləcə də narkotiklərin tranzitinə və digər transmilli cinayətlərə görə məsuliyyət daşımır. Çünki həmin ərazilər 28 ildir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Beynəlxalq təşkilatların bütün çağırışlarına və tövsiyələrinə məhəl qoymayan Ermənistan dövləti hələ də işğalçılıq siyasətindən əl çəkmir, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan qeyri-qanuni əməllərini davam etdirir. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının hələ 90-cı illərin əvvəllərində qəbul etdiyi 4 qətnamədə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini qeyd - şərtsiz azad etməsi öz əksini tapıb, bu qətnamələr bu günə qədər icra olunmayıb. Bundan başqa, Avropa Parlamenti, AŞPA, İslam Konfransı Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyıb. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrdə birmənalı olaraq göstərilir ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ermənistan dövləti isə bütün bunlara məhəl qoymayaraq işğalçılıqdan əl çəkmir. Bunun da əsas səbəblərindən biri iqtisadi məngənədə çabalayan Ermənistanın işğal etdiyi ərazidən beynəlxalq narkoticarətdə tranzit kimi istifadə etməsidir.

Azərbaycanın işğal edilmiş əraziləri beynəlxalq hüquq baxımından nəzarətsiz zonadır və bu ərazilərdə nəinki narkotrafik, eləcə də beynəlxalq təhlükə mənbəyi olan digər əməllərin – terrorçuların hazırlanması və tranziti, narkotiklərin yetişdirilməsi, təhlükəli materialların ötürülməsi və digər məqsədlərlə istifadə edilməsi üçün əlverişli şərait var. Ermənistanın hakim dairələrinin bu ərazidən narkotik vasitələrin satışından tranzit kimi istifadə etməsi artıq bir sıra beynəlxalq təşkilatlar tərəfindən də öz təsdiqini tapıb.

Ermənistan dövlət səviyyəsində qanunsuz narkotik istehsalı və satışı ilə məşğul olur, bu məqsədlə işğal altında olan Azərbaycan ərazilərindən istifadə edilir.
PR texnoloq, P-ART PR COMPANY şirkətinin təsisçisi Karen Koçaryan öz facebook səhifəsində yazıb ki, Ermənistan parlamentinin bəzi deputatlarının ABŞ-da qanunsuz marixuana biznesi var. Koçaryan Kaliforniyanın Los-Anceles, Qlendeyl və Berbank şəhərlərinin adlarını çəkib.
2020-ci ilin yazında erməni əsilli amerikalı sahibkar Ruben Mkrtıçyan Ermənistanda çətənə istehsalı və satışı planlarını açıqlayıb. O, bildirib ki, Ermənistanda çətənə leqallaşdırılsa, bu sahəyə 50 milyon dollara yaxın sərmayə qoymağa hazırdır.
İqtisadi böhran şəraitində yaşayan, dünya bazarına çıxarılacaq istehsala malik olmayan Ermənistan qeyri-leqal biznesə - əsasən qiymətli daş qaçaqmalçılığı və narkotik istehsalına üstünlük verir.İşğal altındakı ərazilərdə narkotik əkib-becərən Ermənistan rəhbərliyi indi məhsulu leqallaşdırmağın yollarını axtarır.

Məhz buna görə baş nazirin müavini Tiqran Avinyanın ofisi R. Mkrtıçyanın “biznes layihəsinə” ilkin razılıq verib, çətənə kolları üçün ərazi ayrılıb, əkin sahələrinin mühafizəsi üçün 2019-cu ilin mayında polislə müqavilə imzalanıb.
Məsələ ictimailəşdikdə Paşinyan hökuməti təşvişə düşüb, Tiqran Avinyan və Səhiyyə Nazirliyi hər hansı razılaşmanın olduğunu inkar ediblər, əkilmiş kollar isə məhv olunub.

Karen Koçaryanın açıqlamasından aydın olur ki, Ermənistanda çətənəni leqallaşdırmağa nail olmayan hökumət bu biznesi Amerikada qurmaq qərarına gəlib və bu məsələ Paşinyana yaxın millət vəkillərinə həvalə edilib.
Amerikada biznesin qurulması Paşinyana Ermənistanda leqallaşmaya nail olduqdan sonra artıq hazır biznesi ölkəyə gətirmək və genişləndirmək imkanı verəcək.

Ermənistanın baş naziri Nikol Paşinyanın terrora erməni dəstəyini dövlət səviyyəsində etiraf etməsi ölkədaxili gərginliyi, həmçinin dünya mülki aviasiya sistemində rəsmi İrəvana mənfi münasibəti pik həddə çatdırıb. O, Ermənistanda qeydiyyatda olan mülki təyyarələrin uzun illər hətta Afrika ölkələrində qanunsuz fəaliyyəti, silah və narkotik daşınmasında iştirakını bəyan edib: “Keçmiş vəzifəli şəxslər var ki, onların fəaliyyəti ilə bağlı hazırda cinayət işi açılıb. Onların cinayətkar səhlənkarlığına görə, uzun illər Ermənistan qeydiyyatlı təyyarələr Afrikada qanunsuz fəaliyyətdə, silah satışında iştirak edib. Bəli, mülki aviasiya sahəsində problemlərimiz var, aviaşirkətlərimiz Avropaya uçuşlar etmək hüququndan məhrum edilib və manipulyasiya edənlər bunu boş yerə edirlər”.

BMT, Avropa İttifaqı, NATO, ATƏT kimi beynəlxalq qurumlar, başda ABŞ olmaqla Qərb dövlətləri terrorçuluq və narkotiklər kimi qlobal təhlükəsizlik problemlərini əsas gündəm məsələsi saydıqları bir vaxtda Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistanın narkotik maddələrin daşınmasında tranzir kimi istifadə etməsi diqqətdən kənarda qala bilməzdi. Bu gün Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Dağlıq Qarabağın dünyada narkotik vasitələrin ən böyük tranzit məkanına çevrilməsi artıq bütün dünyaya bəllidir. Çünki Azərbaycanın rəsmi dairələri, başda dövlətimizin başçısı İlham Əliyev olmaqla, işğal altında olan Azərbaycan torpaqlarından narkotik istehsalı üçün istifadə edilməsi haqqında dəfələrlə çox ciddi əsaslara söykənən bəyanatlar səsləndiriblər.

Son illər Azərbaycanın beynəlxalq aləmdəki reytinqi sürətlə yüksəlir. Artıq ölkəmiz dünya birliyində söz sahibinə çevrilən dövlətlər sırasına qoşulub. Ümid edirik ki, dövlətimizin başçısının həyata keçirdiyi düşünülmüş xarici siyasət sayəsində beynəlxalq səviyyədə narkotiklə mübarizə aparan təşkilatlar bu məsələ barədə daha ətraflı düşünəcək və bəşəriyyət üçün təhlükə olan halın qarşısının alınması məqsədiylə çox ciddi addımlar atacaqlar. Beynəlxalq təşkilatlar Ermənistana təzyiqləri artırmalı və işğalçı dövlətdən beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmasını tələb etməlidirlər.

Abşeronun bu qəsəbəsi də abadlaşır – VİDEOREPORTAJ
Abşeronun bu qəsəbəsi də abadlaşır – VİDEOREPORTAJ
“Qobu” Elektrik Stansiyasının ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair ictimai dinləmələr keçirilib
“Qobu” Elektrik Stansiyasının ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair ictimai dinləmələr keçirilib
Abşeronda növbəti reyd keçirildi
Abşeronda növbəti reyd keçirildi
Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilib (FOTO+VIDEO)
Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilib (FOTO+VIDEO)
Ermənistan Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir
Ermənistan Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir
BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir
BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir
Prezident İlham Əliyev: “Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”
Prezident İlham Əliyev: “Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”
Tofiq Yaqublu barədə qərar dövlətin öz vətəndaşına humanist yanaşdığının növbəti təzahürüdür
Tofiq Yaqublu barədə qərar dövlətin öz vətəndaşına humanist yanaşdığının növbəti təzahürüdür
“Metsamor” AES dünya və region üçün böyük təhlükədir
“Metsamor” AES dünya və region üçün böyük təhlükədir
Ermənistan işğal etdiyi Dağlıq Qarabağ ərazisini dünyada narkotik vasitələrin ən böyük tranzit məkanına çevirib
Ermənistan işğal etdiyi Dağlıq Qarabağ ərazisini dünyada narkotik vasitələrin ən böyük tranzit məkanına çevirib
Azərbaycan dünyada multikulturalizm və tolerantlıq nümunəsidir
Azərbaycan dünyada multikulturalizm və tolerantlıq nümunəsidir
İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı
İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı
1 və 23 saylı bağçaların fəaliyyətə başlaması üçün hazırlıq işləri görülüb
1 və 23 saylı bağçaların fəaliyyətə başlaması üçün hazırlıq işləri görülüb
Ənənəvi olmayan yeni dərs ili, yeni vəzifələr...
Ənənəvi olmayan yeni dərs ili, yeni vəzifələr...
Deputat karantin qaydalarına əməl edərək vətəndaşları qəbul edib - Foto
Deputat karantin qaydalarına əməl edərək vətəndaşları qəbul edib - Foto
Bir qrup deputat Milli Amputant Futbol Komandasının heyətini səfərə yola salıb
Bir qrup deputat Milli Amputant Futbol Komandasının heyətini səfərə yola salıb
Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
Abşeronlu şagird yazı müsabiqəsinin qalibi oldu
Abşeronlu şagird yazı müsabiqəsinin qalibi oldu
İradə Gülməmmədova bağça müdirləri ilə video konfrans keçirdi
İradə Gülməmmədova bağça müdirləri ilə video konfrans keçirdi