Abşeron qəzetinin yeni sayı
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
13-11-2017, 16:40 Oxunub: 854

Sirli Yanardağ– FOTOLAR

Sirli Yanardağ– FOTOLAR


Buranın sirli abu-havası var. Səmaya doğru ucalan alovun istiliyi də bir başqadır. Hər il Novruz bayramına aid edilmiş verilişlərdə bu məkanda çəkilişlər aparılır. Çünki Odlar Yurdu dedikdə ən birinci bura yada düşür. Heç vaxt sönməyən alovların həbs etdiyi dağ, elə adını da bu xüsusiyyətindən götürüb. “Yanardağ” təbiət qoruğundan hazırladığımız reportajı təqdim edirik.

“Yanardağ” Abşeron yarmadasında, Məhəmmədi-Digah yolunun sol tərəfində yerləşir. Bura hər gün turist və yerli sakinlərin üzünə açıqdır. Bir zaman çayxanası ilə məşhur olan məkan artıq dövlət tərəfindən qorunur. Təqribən 14 metr uzunluğunda bir zolağı əhatə edir. Torpağın dərinliklərində gedən tektonik proseslər nəticəsində bərk suxurlarda əmələ gələn çatlardan sızan təbii qazın alışması təbiət hadisəsi olaraq “Yanardağ”ın yaranmasına səbəb olub. Bu alov heç vaxt sönmür və hündürlüyü bəzən 14-15 metrə çatır.

Məhəmmədi qəsəbəsində yerləşən Yanardağ çoxdan bəri Abşeron yarımadasının ən cəlbedici və diqqətəlayiq yerlərindən biri sayılır. Bu möhtəşəm dağın adına diqqət yetirsək görərik ki, onun adı iki sözdən - “yanar” və “dağ” sözlərindən yaranıb və bu, heç də məcazi məna daşımır, belə ki, Yanardağ həqiqətən də yanır! Artıq uzun illərdir ki, dağın ətəyində gecə-gündüz alov dilləri şölə saçır.

Uzaqdan baxanda adama elə gəlir ki, dağı işıqlandıran onun altındakı saysız-hesabsız ləl-cavahiratın parıltısıdır. Özü də onlar o qədər parlaqdır ki, elə bil dağın ətəyindəki gözqamaşdıran qızıl külçələri, ya da qiymətli daşlar günəşin şüasını özündə əks etdirərək hər tərəfi göy qurşağının müxtəlif rənglərinə boyayır. Əlbəttə, əgər əslində belə olsaydı, onda bu dağ çoxdan kanyona çevrilər, onun tarixi isə tam fərqli olardı.

Əslində Yanardağ öz adını doğruldur...yəni, sözün əsil mənasında yanır və artıq bir çox minilliklərdir ki, onun yanından keçən insanları, səyyahları, tarixçiləri, dindarları və alimləri həm bir qədər təlaşa salır, həm də eyni zamanda ovsunlayır...

Həqiqətdə isə burada torpağın üst qatlarından təbii qaz buxarlanır və alovlanaraq elə təəssürat yaradır ki, elə bil dağ od tutub yanır. Elmi nöqteyi-nəzərdən tamamilə aydın olan bu izaha baxmayaraq, Yanardağla bağlı çoxlu əfsanələr var və yerli sakinlər, hətta başqaları da indiyə kimi onu müqəddəs yer sayır və ziyarət edirlər. Əvvəllər bu dağın ətəyində dünyanın bütün guşələrindən, xüsusi ilə də Hindistan və İrandan gələn atəşpərəstlər toplaşardılar. Bu gün isə bura Rusiya, Almaniya, Yaponiya, Koreya və Norveçdən gələn turistlərin sayı azalmaq bilmir. Bundan əlavə, Yanardağ indiyə kimi buddistlərin də ziyarət yeridir və onlar bu dağın müqəddəsliyinə inanır, onun ətəyində meditasiya edirlər.

Lakin Yanardağın möcüzəsi təkcə onun daim yanması deyil. Belə ki, onun zirvəsində “Qurd qapısı” kimi vahiməli adı olan çox heyrətamiz bir mağara yerləşir. Əfsanəyə görə, burada bir vaxtlar canavar sürüsü yaşayıb. Lakin mağaranın divarlarındakı naxışlar ondan xəbər verir ki, bu “canavarlar” ya şüurlu varlıqlar olublar, ya da məsələyə daha ciddi yanaşsaq, bura ibtidai insanların məskən saldığı yerlərdən biri olub.

Hal-hazırda, dünyanın bu möcüzəsi Azərbaycanın tarixi memarlıq qoruğudur və dövlət tərəfindən mühafizə olunur.

Şamo Əliyev

Sirli Yanardağ– FOTOLAR
Sirli Yanardağ– FOTOLAR
Sirli Yanardağ– FOTOLAR
Sirli Yanardağ– FOTOLAR
Sirli Yanardağ– FOTOLAR
Sirli Yanardağ– FOTOLAR
Sirli Yanardağ– FOTOLAR
Sirli Yanardağ– FOTOLAR
XƏBƏR LENTİ
Dünən, 14:51 | Saçı tökülənlərin nəzərinə: sizdə bu xəstəlik ola bilər - HƏKİM RƏYİDünən, 14:46 | Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək - Qaydalar təsdiqləndiDünən, 12:29 | Son 6 ay ərzində Abşeronda 1362 qaz sayğacı quraşdırılıbDünən, 12:27 | Xırdalana 147.5 km uzunluğunda içməli su, 77 km uzunluğunda isə yeni kanalizasiya xətti çəkilibDünən, 11:27 | Üzüm qabığının bu faydasını bilirdinizmi?Dünən, 11:27 | Qarpız qabığının FAYDALARI. Müalicəvi reseptlərDünən, 11:26 | Günvurmadan qorunmaq üçün HƏKİM TÖVSİYƏLƏRİDünən, 11:24 | Çay, qəhvə, şokolad hansı xəstəliklərdən qoruyur?Dünən, 11:23 | "Bu sənəd Prezidentin pensiyaçılara qayğısının əyani göstəricisidir”Dünən, 10:10 | QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıqDünən, 10:08 | Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olubDünən, 09:50 | Şəhidin bacısının toyu Dövlət Himni ilə başladı - FOTOLAR16-08-2019, 16:19 | İradə Gülməmmədova Fatmayı kənd sakinlərilə görüşdü16-08-2019, 12:35 | Latviyanın Azərbaycana təyin olunan yeni səfirinin adını açıqlanıb16-08-2019, 12:34 | “Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub16-08-2019, 12:32 | “Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub16-08-2019, 11:03 | Uşaqlara yanıqlar zamanı DÜZGÜN yardım16-08-2019, 09:58 | DTV-Abşeronda 6 ayın yekunlarına dair hesabat yığıncağı keçirilib16-08-2019, 09:47 | İnsanı həmişə cavan saxlayan hormonun SİRRİ: mütləq bunları edin!16-08-2019, 09:38 | Ağrını hiss edən və özünü bərpa edən robot "əl" hazırlanıb15-08-2019, 15:45 | Kətan toxumu - daim gənc qalmağın sirri15-08-2019, 15:43 | Nə üçün 1 yaşına qədər uşaqlara bal vermək olmaz?