Abşeron rayonu ərazisində həyata keçirilən “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya bu gün də uğurla davam etdirilib. Belə ki, aksiya ilə bağlı RİH-də yaradılan qərargaha 8 çağırış edilib. Onlardan Səfərəliyev Akif Cəlal oğlu (77 yaş, Xırdalan), Allahverdiyeva Gülarə Seyfəl qızı (78 yaş, Fatmayı), Bayramova Qədirnisə İslam qızı (56 Fatmayı), Bayramova Qədirnisə İslam qızı (56 yaş, Xırdalan), Bəşirova Raya Ağalar qızı (73 yaş, Pirəkəşkül), Əsgərova Gülinə Həşim qızı (69 yaş, II qrup, Saray), Rəcəbova Şüküfə Ağaverdi qızı (75 yaş, Novxanı), Əliyeva Böyükxanım Dünyamalı qızı (80 yaş,Qobu), Əliyeva İsfiqa Zamiddin qızı (71 yaş, Xırdalan) ərzaq məhsullarının, dərman vasitələrinin alınıb verilməsini, kommunal xidmət haqqlarının ödənilməsini və digər sosial xidmətlərin göstərilməsini xahiş edib. Onların hər birinin yaşadığı ünvana gedilərək lazımi xidmətlərlə təmin edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarından sonra Abşeron rayonunda bu günə qədər 913 vətəndaşa sosial məişət xidməti göstərilib.
Bütün görülən işlər ölkənin nüfuzlu internet – xəbər portallarında işıqlandırılıb. Rayon İcra Hakimiyyətinin “facebook” səhifəsində və “Milli amal” səhifələrində geniş təbliğat işləri aparılıb.