Abşeron qəzetinin yeni sayı
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
3-07-2015, 15:20 Oxunub: 2472

Şahmat üzrə uşaq və yeniyetmələr arasında keçirilən Abşeron rayon turnirinin nəticələri açıqlanıb

Şahmat üzrə uşaq və yeniyetmələr arasında keçirilən  Abşeron rayon turnirinin nəticələri açıqlanıb

Abşeron rayon Şahmat məktəbində 26 iyun- 03 iyul tarixlərində uşaq və yeniyetmələr arasında 26 İyun “Narkomaniya və narkobiznesə qarşı Beynəlxalq mübarizə günü”nə həsr olunmuş rayon turniri keçirilib.Turnirdə Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, Abşeron rayon Şahmat məktəbinin müəlliməsi,Respublikanın tanınmış şahmat məşqçisi Rühəngiz Dibirova ,mətbuat nümayəndələri və valdeyinlər iştirak ediblər.

Turnirin keçirilməsində əsas məqsəd Azərbaycanda Şahmatın inkişaf etdirilməsi Dövlət proqramının icrasını təmin etmək, şahmat idman növünü Abşeronda inkişaf etdirmək, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli istifadəsini təşkil etmək, istedadlı şahmatçıları aşkar edərək onların ustalıq dərəcələrini artırmaq olub. Yarışda 69 idmançı (A və B quruplarında qızlar və oğlanlar ) öz bacarığını sınayıb.

Bu gün açıqlanan yekun nəticələrə görə, A qrupunda oğlanlar arasında M.Rəsul 1-ci, R.Vaqif 2-ci, A.Qoşqar 3-cü yerə, qızlar arasında A qrupunda A.İlahə 1-ci, K.Gülər 2-ci , S.Ayla-3-cü yerə layiq görülüblər.

B qrupunda oğlanlar arasında Mərdli Əli 1-ci, Şirinov Nicat 2-ci, İsgəndərli Əli 3-cü yerə, qızlar arasında B qrupunda Şirinova Qənirə 1-ci,Talıblı İradə 2-ci ,Orucova Ləman -3-cü yerə layiq görülüblər.
A və B quruplarında İlk 3 yerin sahibləri Abşeron Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom,medal və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

Qeyd edək ki, keçirilən bu turnir 9 turdan ibarət olub və İsveçrə sistemi üzrə keçirilib,

Abşeron Xəbər-ə müsahibə verən Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev qeyd edib ki, son vaxtlarda Xırdalanda tikilən sosial təyinatlı obyektlərdən biri də şahmat məktəbidir. Bu məktəbdə də yüksək şərait yaradılıb, balacaların şahmatın sirlərinə yiyələnmələri üçün bütün tələblər nəzərə alınıb. Bütün bunlar rayon rəhbəri cənab Zakir Fərəcovun Abşeronda şahmatın inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğının bariz nümünəsidir . Yaradılan şərait şahmatçılarımızın beynəlxalq yarışlarda möhtəşəm qələbələr qazanmasına, yüksək nəticələr əldə etməsinə imkan verəcək. Şübhəsiz ki, bu məsələdə Xırdalanda inşa olunan şahmat məktəbinin öz yeri olacaq.O həmçinin qeyd edib ki, Abşeron Şahmat məktəbində məşq otaqları və digər əlavə otaqlar var. Otaqlardakı kompyuterlər xüsusi şahmat proqramları ilə yüklənib. Şahmat məktəbi müasir maddi-texniki baza ilə təchiz edilib. Məktəbdə yarış zalı da var. Burada şahmatla peşəkar səviyyədə məşğul olmaq məqsədilə bütün zəruri əyani vəsaitlər mövcuddur.
Ə.Əmirəliyev sonda onuda vurğulayıb ki, Şahmat məktəbinin əsas vəzifəsi idmanın bu intellektual növünün Abşeronda kütləviliyini, şagirdlərin asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdir.

Baş redaktor : Şamo Əliyev

Şahmat üzrə uşaq və yeniyetmələr arasında keçirilən  Abşeron rayon turnirinin nəticələri açıqlanıb

Şahmat üzrə uşaq və yeniyetmələr arasında keçirilən  Abşeron rayon turnirinin nəticələri açıqlanıb

Şahmat üzrə uşaq və yeniyetmələr arasında keçirilən  Abşeron rayon turnirinin nəticələri açıqlanıb

XƏBƏR LENTİ
Bu gün, 15:20 | Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanıbBu gün, 15:19 | Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcəkBu gün, 15:16 | Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək olduBu gün, 15:15 | Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıbBu gün, 12:09 | Azərbaycanda ilk dəfə - “Onlayn könüllü”Bu gün, 11:52 | Hərbi birlikdə təlim-metodiki toplantı keçirilibBu gün, 11:50 | Bu şəxslərə yodlaşdırılmış duz ziyan vura bilərBu gün, 11:49 | Azərbaycan regionda və MDB məkanında ilk ölkə kimi ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabat təqdim edibBu gün, 11:47 | Azərbaycan qlobal tranzit və logistika mərkəzinə çevrilirBu gün, 11:46 | Azərbaycanın Baş Naziri Səudiyyə Ərəbistanı Krallığının ədliyyə naziri ilə görüşübBu gün, 10:32 | Adi tərəvəzlər orqanizmi bütün xəstəliklərdən qoruyur — SİYAHIBu gün, 10:31 | Bu qan qrupu olan insanlar XƏRÇƏNGDƏN SIĞORTALANIBBu gün, 10:30 | Hansı su daha yaxşı təmizləyir - soyuq yoxsa isti?Bu gün, 10:26 | Yeni qurum yaradıldı - Qoruqları İdarəetmə MərkəziBu gün, 10:25 | “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat keçirildiDünən, 12:16 | “Yeni şəhər” kompleksi bu cəmiyyətin balansına verildiDünən, 12:15 | Nazir əmr imzaladıDünən, 12:14 | Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilibDünən, 10:00 | Diqqət! Aritmiya ölümlə nəticələnə bilərDünən, 09:59 | Bir ovuc tum bizi 10 xəstəlikdən qoruyurDünən, 09:57 | Qarpız və yemişi yeməkdən dərhal sonra yeməyin! ZiyanlarıDünən, 09:55 | 40 dildə ünsiyyət imkanı yaradan mükəmməl tərcümə aparatı hazırlanıb