Abşeron qəzetinin yeni sayı
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
22-07-2015, 22:29 Oxunub: 1495

Abşeronda Milli Mətbuat Günü qeyd olundu

Abşeronda Milli Mətbuat Günü qeyd olundu

22 iyul – Milli Mətbuat günü münasibəti ilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində respublikanın qabaqcıl və tanınmış kütləvi informasiya vasitələri nümayəndələriylə görüş keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin Heydər Əliyev mərkəzinin muzey bölməsindəki büstü önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Abşeronda , eləcə də bölgədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbiri Absheron.tv və Absheronxeber.az informasiya agentliklərinin təsisçisi və baş redaktoru Şamo Əliyev açaraq mətbuat nümayəndələrini Azərbaycan milli mətbuatının 140 illiyi münasibətilə təbrik etmiş, zəngin tarixi, mütərəqqi və şanlı ənənələri olan milli mətbuatının qazandığı nailiyyətlərdən, medianın rolunda söhbət açmış, mətbuat nümayəndələrinin qarşısında duran vəzifələrə toxunub.

Qeyd olunub ki, Milli mətbuatımızın tarixində Abşeronun və bu torpağın yetirmələrinin də xüsusi yeri vardır. Sevindirici haldır ki, bu gün Abşeronda ona yaxın mətbuat orqanı işıq üzü görür. Xırdalan şəhərində fəaliyyət göstərən “ ABŞERON XƏBƏR ” informasiyya agentliyi , “ABŞERON TV” internet televiziya kanalı və “ Abşeron Qəzeti “ vasitəsilə şəhərimizin ictimai-siyasi həyatında baş verən dəyişikliklər, sosial-iqtisadi, mədəni və digər sahələrlə bağlı məlumatlar ictimaiyyətə ətraflı çatdırılır. Bu baxımdam dövlət və digər özəl telekanallar, onların bölgə muxbirlərinin də böyük xidmətləri vardır.

Media təmsilçilərini əlamətdar bayram münasibətilə təbrik edən Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmirəliyev Azərbaycan mətbuatının zəngin və şərəfli yolundan danışmış, Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamını mətbuata dövlət qayğısının bariz nəticəsi kimi dəyərləndirib.

Tədbirdə Azərbaycan jurnalistlər birliyinin üzvü, AYB-nın Abşeron bölməsinin sədri Şəhla Ağbuludun “Milli mətbuatın 140 illiyi: uğurlar və perspektivlər” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Həsən bəy Zərdabi ideyalarını və “Əkinçi” ənənələrini yaşadan Azərbaycan mətbuatının uzun və şərəfli bir yol keçdiyi qeyd olunub. Ölkəmizdə mətbuatın sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etmələrinə geniş imkanların yaradıldığı bildirilib.

Abşeron rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Elgün Hümbətov mətbuata dövlət qayğısından söz açıb, ümummilli lider Heydər Əliyevin medianın inkişafı sahəsində əsasını qoyduğu mütərəqqi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, jurnalistləri təbrik edib

“ Dünya ”müstəqil teleradio şirkətinin xəbərlər departamentinin direktoru Nizami Rəsluov Abşeronda mətbuatın inkişafı üçün görülən işlərdən, yaradılan şəraitdən söhbət açdı, bu gün dövlətimizin jurnalistlərin əməyinə yüksək qiymət verdiyini vurğuladı. Nizami Rəsulov tədbir iştirakçılarını və ümumilikdə, respublikanın mətbuat orqanlarında çalışan jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik etdi, onlara qələmə aldıqları məqalələrlə qədim diyarın bugünkü inkişaf və tərəqqi salnaməsini yaratmaqda uğurlar arzuladı.


Tədbirdə çıxış edən mətbuat nümayəndələri tədbirin təşkilinə, onların əməyinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirdilər.

Tədbirin sonunda mətbuat nümayəndələrinə mükafatlar təqdim olunub.

Abşeronda Milli Mətbuat Günü qeyd olundu
Abşeronda Milli Mətbuat Günü qeyd olundu
Abşeronda Milli Mətbuat Günü qeyd olundu
Abşeronda Milli Mətbuat Günü qeyd olundu
Abşeronda Milli Mətbuat Günü qeyd olundu
XƏBƏR LENTİ
Bu gün, 15:20 | Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanıbBu gün, 15:19 | Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcəkBu gün, 15:16 | Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək olduBu gün, 15:15 | Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıbBu gün, 12:09 | Azərbaycanda ilk dəfə - “Onlayn könüllü”Bu gün, 11:52 | Hərbi birlikdə təlim-metodiki toplantı keçirilibBu gün, 11:50 | Bu şəxslərə yodlaşdırılmış duz ziyan vura bilərBu gün, 11:49 | Azərbaycan regionda və MDB məkanında ilk ölkə kimi ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabat təqdim edibBu gün, 11:47 | Azərbaycan qlobal tranzit və logistika mərkəzinə çevrilirBu gün, 11:46 | Azərbaycanın Baş Naziri Səudiyyə Ərəbistanı Krallığının ədliyyə naziri ilə görüşübBu gün, 10:32 | Adi tərəvəzlər orqanizmi bütün xəstəliklərdən qoruyur — SİYAHIBu gün, 10:31 | Bu qan qrupu olan insanlar XƏRÇƏNGDƏN SIĞORTALANIBBu gün, 10:30 | Hansı su daha yaxşı təmizləyir - soyuq yoxsa isti?Bu gün, 10:26 | Yeni qurum yaradıldı - Qoruqları İdarəetmə MərkəziBu gün, 10:25 | “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat keçirildiDünən, 12:16 | “Yeni şəhər” kompleksi bu cəmiyyətin balansına verildiDünən, 12:15 | Nazir əmr imzaladıDünən, 12:14 | Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilibDünən, 10:00 | Diqqət! Aritmiya ölümlə nəticələnə bilərDünən, 09:59 | Bir ovuc tum bizi 10 xəstəlikdən qoruyurDünən, 09:57 | Qarpız və yemişi yeməkdən dərhal sonra yeməyin! ZiyanlarıDünən, 09:55 | 40 dildə ünsiyyət imkanı yaradan mükəmməl tərcümə aparatı hazırlanıb