Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron Rayon İcra Hakimiyyətində Ağdamdan olan şəhid ailələrinin üzvləri ilə görüş keçirilib

Tarix:24-07-2015, 03:11

Abşeron Rayon İcra Hakimiyyətində Ağdamdan olan şəhid ailələrinin üzvləri ilə görüş keçirilib

1930-cu ildə inzibati rayon statusu alan Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ilin iyul ayının 23-də işğal edilməsindən 22 il ötür.Bu münasibətlə Abşeron Rayon İcra Hakimiyyəti başçısının I müavini İradə xanım Gülməmmədova Ağdam rayonundan olan şəhid ailələrinin nümayəndələrini qəbul edib.

Əvəlcə vətən uğrunda canından keçmiş Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra çıxış edən İradə Gülməmmədova qeyd edib ki, Ağdam vuruşmuşdur, döyüşmüşdür, böyük itkilər vеrmişdir. Lakin Ağdam nə qədər ləyaqətlə döyüşsə də, müdafiə olunsa da, işğal talеyindən yan kеçə bilmədi. Şübhəsiz ki, Ağdamın işğalı еrməni təcavüzünün nəticəsi idi. Vətən uğrunda gеdən savaşda 6 mindən artıq ağdamlı şəhidlik zirvəsinə yüksəldi, minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma еv-еşiyindən didərgin düşmüşdür. Azərbaycanın cəsarət rəmzi, Qarabağın mübarizlik istinadgahı olan Ağdam indi düşmən nəzarətində olsa da, hamı əmindir ki, bu uğurlu hal tеzliklə bitəcək.
Amma artıq o çətin günlər arxada qalıb. Dağlıq Qarabağın və ətrafındakı rayonların işğaldan azad olunması istiqamətində mütəmadi addımlar atılır. Ölkə Prezidenti İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması istiqamətində qətiyyətli siyasət yürüdür. Bununla yanaşı, bu gün qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin normallaşdırılması istiqamətində də məqsədyönlü fəaliyyət nümayiş olunur. Artıq çadır şəhərcikləri ləğv olunub, yeni qəsəbələr salınır. Bu isə bir daha güclü, iqtisadi cəhətdən möhkəm dayaqlara malik Azərbaycan dövlətinin bütün problemlərin öhdəsindən gəlmək iqtidarında olmasını göstərir. Bütün Ağdamlılar yaxın zamanda torpaqlarımızın işğaldan azad olunacağına inanır və öz yurd-yuvalarına qovuşacaqları günü səbrsizliklə gözləyirlər.

Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcova minnətdarlıqlarını bildiriblər. Sonda Abşeron rayonunda məskunlaşmış Ağdam rayonundan olan 9 şəhid ailəsinə Abşeron rayon icra hakimiyyəti tərəfindən maddi yardım təqdim olunub.

Qeyd edim ki,hal-hazırda Abşeron rayonunda 1524 (5793 nəfər) Ağdamlı məcburi köçkün ailəsi məskunlaşıb

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib