Abşeron qəzetinin yeni sayı
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
25-07-2015, 13:40 Oxunub: 1566

Abşeron bağlarının yaranma tarixi 5 min il əvvəllərə gedib çıxır.

Abşeron bağlarının yaranma tarixi 5 min il əvvəllərə gedib çıxır.

Abşeronun ən qədim bağları - Novxanı bağları

Qış fəsli öz dövrünü başa vurub günəş yeri isitməyə başlayanda, xüsusilə də isti yay günlərində Bakı sakinlərinin əksəriyyəti Abşeron bağlarına üz tutur. Dənizli, qumlu, meynəli bağlar qışda nə qədər sakit olursa yayda bir o qədər qələbəlik yaşayır.

Ərazidə yerləşən bağlar arasında ən qədimi Novxanı bağlarıdır. Halbuki, bəzi tarixi mənbələrdə onun orta əsrlərdə yarandığı göstərilir. Lakin kənd müxtəlif tarixi dönəmlərdə başqa yerlərə köçdüyündən onun tarixinin uzaqlığına gedib çıxmaq mümkünsüzləşib.
Bir çox yazılarda Novxanı kəndinin adının "nov” və "xanə” tərkibli fars sözlərindən əmələ gəlməsi ilə əsaslandırırlar. Bu sözlərin azəri türkcəsinə tərcüməsi "yeni bina", "yeni məkan", "yeni yer” mənasını verir. Bu da zəlzələdən və Xəzər dənizinin su səviyyəsinin artması ilə əlaqədər dağılmış Siyan kəndinin təzə əraziyə köçməsi və siyanlıların təzə kəndlərinə verdikləri adla izah edilir.
Bu torpaqlar 500 il əvvəl Siyan kəndi adlanırdı. Bu ifadənin hərfi mənası “yanmaq” kimi tərcümə olunur. Siyan adı “sis”, “his”, “tüstü” sözlərinin deformasiyaya uğramış variantı kimi yozulur. Ona görə kəndə Hisyandıran deyirlərmiş. Binəqədi duz gölünün xəzrisində yerləşən kəndin 17-ci əsrin ortalarında dəniz suyunun artması (güclü zəlzələ də istisna olunmur) nəticəsində batdığı qeyd olunur. Əhali “Aşağıbaş” deyilən ərazidə məskunlaşmaq məcburiyyətində qalır.
Burda yenidən tikilən evlərə farsca “ nov xanı”, yəni “təzə evlər” adı verirlər.

Bağ evlərinə köçmək hər bir ailədə əlamətdar bir gün kimi qeyd olunar və bir çox adətlərlə müşaət olunardı. Belə adətlərdən çoxu bu günə gəlib çıxmasa da bir qismi hələ də yaşayır. Məsələn, bağa köçəndə və ya geri qayıdanda “Yurd halvası” çalınıb paylamaq adəti hələ də mövcuddur.

Bağ mövsümü yaxınlaşanda kəndin siması dəyişir, haylı-küylü olur.

Abşeron bağlarından danışıb onun əvəzsiz təbii nemətlərindən söz açmamaq olmaz. Bu nemətlərdən birincisi Bakı bağlarının bal kimi şirin sarı ənciridir. Əncirdən mürəbbə bişirilir, qurudularaq çərəz kimi istifadə edilir.

Əncirdən heç də geri qalmayan Abşeronun məşhur üzüm sortları, xüsusən Ağşanı və Qaraşanı bağların qumsal torpaqlarında yetişdirildiyindən daha şirin olur. Ağşanının şəkərliliyi 36 faizdən çoxdur. Başqa heç bir üzüm sortu şəkərlilikdə ona çata bilmir.

Abşeronun digər qiymətli sərvətlərindən biri də zeytundur. Abşeron zeytunu öz keyfiyyətinə görə dünyada məşhur idi. Həmişəyaşıl zeytun ağacı həm də güclü küləklərinin qarşısını almaq üçün təbii sipər rolunu oynayırdı.

Qızıla bərabər tutulan zəfəran bitkisi isə Abşeronun nadir sərvətlərindəndi. Abşeronun 10-dan çox kəndində əkilib-becərilməsinə baxmayaraq Bilgəh kəndində yetişdirilən zəfəran xüsusi şöhrət qazanıb.

Mavi Xəzərin sahilində yerləşən Abşeron bağları təkcə təbii gözəlliyi, iqlimi və nadir nemətləri ilə deyil, həm də yerli sakinlərin qonaqpərvərliyi ilə də insanları cəlb edir.

Baş redaktor: Şamo Əliyev
XƏBƏR LENTİ
Bu gün, 15:20 | Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanıbBu gün, 15:19 | Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcəkBu gün, 15:16 | Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək olduBu gün, 15:15 | Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıbBu gün, 12:09 | Azərbaycanda ilk dəfə - “Onlayn könüllü”Bu gün, 11:52 | Hərbi birlikdə təlim-metodiki toplantı keçirilibBu gün, 11:50 | Bu şəxslərə yodlaşdırılmış duz ziyan vura bilərBu gün, 11:49 | Azərbaycan regionda və MDB məkanında ilk ölkə kimi ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabat təqdim edibBu gün, 11:47 | Azərbaycan qlobal tranzit və logistika mərkəzinə çevrilirBu gün, 11:46 | Azərbaycanın Baş Naziri Səudiyyə Ərəbistanı Krallığının ədliyyə naziri ilə görüşübBu gün, 10:32 | Adi tərəvəzlər orqanizmi bütün xəstəliklərdən qoruyur — SİYAHIBu gün, 10:31 | Bu qan qrupu olan insanlar XƏRÇƏNGDƏN SIĞORTALANIBBu gün, 10:30 | Hansı su daha yaxşı təmizləyir - soyuq yoxsa isti?Bu gün, 10:26 | Yeni qurum yaradıldı - Qoruqları İdarəetmə MərkəziBu gün, 10:25 | “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat keçirildiDünən, 12:16 | “Yeni şəhər” kompleksi bu cəmiyyətin balansına verildiDünən, 12:15 | Nazir əmr imzaladıDünən, 12:14 | Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilibDünən, 10:00 | Diqqət! Aritmiya ölümlə nəticələnə bilərDünən, 09:59 | Bir ovuc tum bizi 10 xəstəlikdən qoruyurDünən, 09:57 | Qarpız və yemişi yeməkdən dərhal sonra yeməyin! ZiyanlarıDünən, 09:55 | 40 dildə ünsiyyət imkanı yaradan mükəmməl tərcümə aparatı hazırlanıb