Abşeron qəzetinin yeni sayı
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
20-08-2015, 16:51 Oxunub: 2051

Qabaqcıl məktəbin böyük uğurları

Qabaqcıl məktəbin böyük uğurları

Abşeron rayonunda fəaliyyət göstərən tam orta məktəblər sırasında builki qəbul imtahanlarında yüksək nəticə göstərmiş Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdən yazı hazırlamaq üçün həmin təhsil ocağına gedərkən yol boyu 10 il bundan əvvəl Abşeron rayonunda ki, məktəblərin vəziyyətini gözlərim önündə canlandırdım. O məktəbləri ki, yaşlı və orta nəsil yaxşı xatırlayar: minimum tələblərə cavab verməyən soyuq sinif otaqları, köhnəlmiş tədris avadanlıqları təhsil ocaqlarında tədrisin səviyyəsini yüksəltməyə qəti imkan vermirdi. Ümumilikdə, Abşeronda müasir tələblərə cavab verən məktəb binaları barmaqla sayılacaq qədər az idi. İndi isə təkcə Xırdalan şəhərində deyil, Abşeron rayonunun bütün kənd və qəsəbələrində belə, ən müasir məktəb binaları tikilir, onların maddi-texniki bazaları gücləndirilir, yeni informasiya texnologiyalarının tətbiqi diqqət mərkəzində saxlanılır. Məktəblilər pulsuz dərsliklərlə təmin olunurlar. Tədris ocaqlarında fəaliyyət göstərən kitabxanalar da eləcə.

Görülən bütün bu işlərdə əsas məqsəd gələcəyimiz olan uşaqların savadlı, bilikli, vətənpərvər gənclər kimi yetişdirilməsindən ibarətdir. Çünki hər bir ölkənin gələcəyi onun hazırladığı gənclərdən asılıdır. Cənab prezidentimiz İlham Əliyevin diqqəti və rayon rəhbəri cənab Zakir Fərəcovun təhsilə ayırdığı qayğı sahəsində yaradılmış şərait hesabına isə təhsildə keyfiyyət dəyişiklikləri ildən-ilə artır. Belə ki,Rayon icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun təşəbbüsü ilə son 10 ildə rayonda 22 məktəb binası, 25-ə yaxın uşaq bağçası - körpələr evi inşa olunub, əksər məktəblər isə əsaslı təmir edilərək müasir texniki avadanlıqlarla komplektləşdirilib.Xüsusi olaraq qeyd etmək istəyirəm ki, hər il qəbul imtahanlarında məktəblərimiz uğurlu nəticələr əldə edirlər. Belə məktəblərimizdən biri də Xırdalan şəhərindəki 2 nömrəli tam orta məktəbdir.

60-cı illərin sonunda Xırdalan qəsəbə statusu aldıqdan sonra buraya əhalinin kütləvi axını başladı. Təbii ki, bu artım yeni orta məktəblərin fəaliyyətə başlamasını labüd etdi. 1970-ci ildə Xırdalan 2 nömrəli orta məktəbi də tikilərək istifadəyə verildi. İlk vaxtlar bolqar inqilabçı Georgi Dmitrovun adını daşıyan bu orta təhsil ocağı az vaxtda respublikanın aparıcı məktəbləri ilə bərabər səviyyəyə yüksəldi.
Bu məktəbin məzunları arasında kimlər yox idi… Bu məktəb alimlər, mühəndislər, görkəmli həkimlər , hərbçilər və bir çox başqa sahələrdə çalışan vacib kadrların ilk təhsil beşiyi olub. O zamankı SSRİ-nin ucsuz-bucaqsız sərhədləri daxilində istənilən nöqtədə bu məktəbin məzunlarına rast gəlmək olardı. İstər BAM-ın tikintisində , istər Tümenin neft mədənlərində, istərsədə paytaxt Moskvanın ən yüksək səviyyəli klinikalarında bu məktəbin məzunları daim yüksək peşəkarlıqları ilə digərlərinə örnək olublar.
Yüksək qürur hissi ilə qeyd etməliyik ki, Vətənimiz erməni təcavüzünə məruz qalanda ali şəhidlik zirvəsinə qalxan oğulların sırasında bu məktəbində məzunlarımızın sayı heç də az deyil.

Bütün bu sadaladıqlarımız Xırdalan 2 nömrəli məktəbin yaşadığı şərəfli keçmişi əks etdirir. Bəs bu gün bu təhsil ocağında vəziyyət necədir?

Hal-hazırda məktəbdə 3546 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 296 nəfər müəllim məşğul olur. Onlardan 2 nəfəri əməkdar müəllim,2 nəfəri isə pedaqoqika üzrə fəlsəfə doktorudur.

Məktəb 2008-2009-cu tədris ilində təlim-tərbiyə sahəsində qazandığı yüksək nailiyyətlərə görə "Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. 2013-2014-cü tədris ilində də məktəbin pedaqoji kollektivi qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə edərək yüksək nəticələr əldə etmişdir. Belə ki, 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəb yenidən ikinci dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuş və müvəffəqiyyət qazandığına görə 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışdır. Bunun bəhrəsini həm məktəb, həm müəllimlər, həm də əlaçı və istedadlı şagirdlər görmüşlər. Həmin pulla məktəbə idman avadanlıqları, kompyuter dəsti və başqa dərs ləvazimatları alınmışdır.

Məktəbə təcrübəli pedaqoq Ədalət Camalova rəhbərlik edir. Azərbaycan dili və ədəbiyyat müəllimidir, Bakı Dövlət Universitetinin doktorantıdır. Pedaqoji sahə üzrə elmi-tədqiqat aparır, vaxtaşırı mətbuatda elmi məqalələrlə çıxış edir.

2014-2015-ci tədris ilində Xırdalan şəhər 2 saylı tam orta məktəbin IX sinfıni 219 şagird, XI sinfıni isə 193 şagird bitirmişdir. Qəbul imtahanlarının nəticələrinə görə məktəb rayonda I yeri tutmuşdur. XI sinifı bitirmiş məzunların 148 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 125 nəfəri ölkənin müxtəlif ali məktəblərinə daxil olmuş, 10 nəfər məzun 600-dən yuxarı , 18 nəfər isə 500-dan çox bal toplamışdır.Həmçinin qeyd edək ki,məktəbin qəbul imtahanında iştirak edən 11 -1 snifinin 20, 11-2 snifinin isə 21 şagirdinin hərbiri müxtəlif ali məktəblərə daxil olmuşlar.
Məktəb pilot məktəbi olaraq "Rus dilinin intensiv tədrisi” layihəsi üzrə l-IX siniflərdə dərslər keçirılir.Ədalət müəllimədən öyrəndik ki, məktəbin idmançıları rayon, respublika və beynəlxalq miqyaslı yarışlarda iştirak etmiş, fəxri yerlərə layiq görülmüşlər. Məktəbin futbol və basketbol komandası Quba rayonunda rayonlararası 12.02.2015-ci il tarixdə keçirilən zona birinciliyində iştirak etmiş və bu yarışda məktəbin basketbol komandası 1-ci,futbol komandası isə zona birinciliyində 3-cü yerə layiq görülmüşdür.

Həmçinin məktəbin 11-ci snif şagirdi Emin Gülməmmədov Türkiyədə keçirilən idmanın “Karete Do “ növü üzrə dünya çempionatında birinci yeri tutduğu üçün İdman Akademiyasına imtahansız qəbul edilmişdir.

Bu il 47-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak etmiş, həmçinin biologiya fənni üzrə Respublika Fənn Olimpiadasında zona üzrə 2-ci yerə layiq görülmüş məktəbin nümünəvi şagirdlərindən olan Kərimov Mustafa qazandığı uğurları sırasına yeni bir uğur qatıb.Belə ki, Kərimov Mustafa ali məktəbə qəbul imtahanları zamanı 657 bal toplayaraq Tibb Universitetinə qəbul olub.

Ə.Camalovanın rəhbərlik etdiyi məktəbdə şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Hər il məktəbdə "20 Yanvar” faciəsi, "Xocalı” soyqırımı, "31 mart Azərbaycanlıların soyqırımı” günü və işğal olunmuş rayonlar yad edilərək müxtəlif tədbirlər keçirilmişdir. Məktəb hərbi vətənpərvərlik mövzusuna geniş yer verir.

Məktəbin direktoru Ədalət Camalova deyir ki, dünyanın heç bir ölkəsində məktəb binaları Azərbaycanda olduğu kimi sürətlə, ən müasir tələblər səviyyəsində inşa olunmur, müasir avadanlıqlarla təchiz edilmir. Təhsilin inkişafı gənclərin gələcəyə hazırlanması deməkdir. Əgər rayon rəhbəri cənab Zakir Fərəcov tərəfindən Abşeronda təhsilin inkişafı üçün bu qədər tədbirlər görülürsə, yeni məktəb binaları tikilirsə, məktəblərin maddi-texniki bazası möhkəmləndirilirsə, biz müəllimlər də yaradılan şərait müqabilində vətənpərvər, təhsilli, yüksək intellektual səviyyəyə malik gənclər yetişdirməliyik.
O, rəhbərlik etdiyi məktəbdə qazanılan uğurların səbəblərinin həm də məktəb kollektivinin işinə məsuliyyəti ilə izah edir. Bildirir ki, dövlət qayğısı, yaradılan şərait və tədris işinə məsuliyyət hissi məktəbdə vəhdət təşkil edir. Əldə edilən nəticələrin artırılmasında məktəbdənkənar tədbirlərin, xüsusilə test-sınaq imtahanlarının obyektiv formada keçirilməsinin böyük əhəmiyyəti var. Hər sınaq imtahanının nəticələri valideyn və müəllimlərlə birgə müzakirə olunur.
Yuxarıda da qeyd etdiyimiz kimi, məktəbdə şagirdlərin hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. Məktəbin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına xüsusi diqqət yetirilib, təhsil ocağında 2 kompüter sinfi yaradılıb. Kompüter siniflərində internetə qoşulmuş 23 dəst kompüter quraşdırılıb və onların internetə çıxışı təmin edilib. Təhsil ocağında həm də 2 elektron lövhəli sinif var. Elektron lövhədə şagirdlər müxtəlif fənlərə aid dərsləri əyani şəkildə öyrənirlər. Kompüterdən istifadə edərək müxtəlif test tapşırıqları elektron lövhə vasitəsilə şagirdlərə mənimsədilir. Elektron lövhədə mətnlərlə yanaşı, şəkillərin və videomaterialların da göstərilməsi şagirdlərin keçilən dərsi daha yaxşı qavramalarına imkan verir. Təhsil ocağının laboratoriyaları zənginliyi və müasirliyi ilə diqqəti cəlb edir. Dəqiq elmlərin tədrisi zamanı müasir laboratoriyaların imkanlarından istifadə olunması nəzəri biliklərin praktik vərdişlərlə möhkəmləndirilməsinə geniş imkanlar açır.
Məktəbdə yaradılan şəraitdən lazımınca bəhrələnib qazanılan uğurları son hədd hesab etməyən pedaqoji kollektiv daha yüksək nailiyyətlərə imza atmaq əzmi ilə çalışır.

Sonda xüsusi ilə qeyd etmək istəyirəm ki, Absheronxeber.az və Absheron.tv informasiya agentlikləri tərəfindən Xırdalan şəhərində yerləşən 10 ümumtəhsil məktəbi arasında, 23 min insanın səs vermədə iştirak etdiyi elektron sorğuda məhz Xırdalan şəhər 2 nömrəli məktəb 2015-ci ilin "Ən yaxşı ümumtəhsil məktəbi” secilmişdir.

Baş redaktor : Şamo Əliyev

Qabaqcıl məktəbin böyük uğurları

Qabaqcıl məktəbin böyük uğurları
XƏBƏR LENTİ
Bu gün, 12:16 | “Yeni şəhər” kompleksi bu cəmiyyətin balansına verildiBu gün, 12:15 | Nazir əmr imzaladıBu gün, 12:14 | Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilibBu gün, 10:00 | Diqqət! Aritmiya ölümlə nəticələnə bilərBu gün, 09:59 | Bir ovuc tum bizi 10 xəstəlikdən qoruyurBu gün, 09:57 | Qarpız və yemişi yeməkdən dərhal sonra yeməyin! ZiyanlarıBu gün, 09:55 | 40 dildə ünsiyyət imkanı yaradan mükəmməl tərcümə aparatı hazırlanıbBu gün, 09:53 | Qarabağ bölgəsindəki arxeoloji abidələr xəritələşdirilibDünən, 15:49 | Diqqət! Allüminium qablar intellekti və ürəyi zəiflədirDünən, 15:46 | Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqlənibDünən, 15:45 | Vyetnamın vitse-prezidenti Azərbaycanla əməkdaşlığı dəyərləndiribDünən, 14:45 | Hər gün toxunduğumuz ən çirkli 5 ƏŞYADünən, 14:43 | Azərbaycan millisi Türkiyədə üçüncü olduDünən, 14:42 | Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaqDünən, 12:26 | Neçə saat yatmalıyıq?Dünən, 12:25 | Təzyiqi salmaq üçün dərman əvəzinə bu şirəni içinDünən, 12:24 | Arıqlamaq üçün zəncəfil çayı içinDünən, 12:22 | Göz allergiyası yay mösümünün ən geniş yayılmış xəstəliklərindən sayılırDünən, 12:18 | Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarətDünən, 12:09 | Ulu Öndərin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilibDünən, 10:15 | İdmançılara ispanaq yemək olmaz!Dünən, 10:15 | Özbəkistan portalı ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı məqalə yayımlayıb