Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ən böyük sərkərdəni, ən dahi alimi yetişdirən - MÜƏLLİM!

Tarix:9-09-2015, 00:55

   Ən böyük sərkərdəni, ən dahi alimi yetişdirən - MÜƏLLİM!


Azərbaycan mətbuatının banisi, “Azərbaycanın mayakı” adlandırılan Həsən bəy Zərdabi yazırdı: “Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır? Mən o zaman iftixarla belə deyərdim: -Müəllimlik!”
Allah Sizə qəni-qəni rəhmət eləsin, Həsən bəy. Bu sözləri söyləməkdə çox haqlı idiniz. Çünki, ədəb-ərkanı olanlar üçün müəllimlik dünən də şərəfli sənət idi, bu gün də, sabah da. Onlar dərk edir ki, zamanından və məkanından asılı olmayaraq, dünyanın ən böyük sərkərdəsini də, ən dahi ailmini də müəllim yetişdirib.

Yaxşı insan, dəyərli şəxsiyyət, mənəviyyatlı ziyalı... Bu keyfiyyətlərə malik nəcib, xeyirxah, mərd oğullarımızla daim fərəhlənib, qürur duymuşuq. Belə insanlar həyatda mərdliklə yaşamaq, özündən sonra iz qoymaq üçün insana ləyaqət və şərəf hissinin yetərli olduğunu sübuta yetiriblər. Onlar həmişə cəmiyyətdə sağlam mənəvi idealların möhkəmlənməsinə önəm vermiş, çevrəsindəkiləri nəcib məqsədlərə yönəltmək məramı ilə yaşayıblar.Belə insanlardan biri də dəyərli ziyalı,Abşeron rayon Təhsil şöbəsinin müdiri Rzayev Kamran Əmir oğludur.

Kamran Rzayev 1962-ci ildə Xızı rayonunda anadan olub. İlk orta təhsilini Xızı rayonu Altıağac kənd orta məktəbində başlayıb, təhsilini Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə davam etdirib.
1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuş, 1983-cü ildə ixtisas aldığı fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1983 -cı ildə təyinatla Abşeron rayonunun Pirəküşkül qəsəbəsi ərazisində hərbi şəhərcikdə yerləşən orta məktəbə müəllim təyin olmuşdur. Pedoqoji fəaliyyəti dövründə özünü fəal ictimaiyyətçi kimi göstərmiş, həmkarlar ittifaqı yerli komitəsinin sədri seçilmişdir. Dəfələrlə Rayon Komsomol Komitəsi, Rayon Xalq Maarif şöbəsi tərəfindən Fəxri fərmanlarla təltif olunmuşdur. 1987-ci ildə isə irəli cəkilərk həmin məktəbin direktoru vəzifəsində işləmişdir.

1993-cü ildə K.Rzayev Abşeron RTŞ-a dəvət olunur və burada metodist vəzifəsində işə başlayır. 5 il bu vəzifədə işlədikdən sonra Xırdalan şəhər 5 nömrəli məktəbə direktor vəzifəsinə təyin edilmiş və 13 il də həmin vəzifədə çalışmış.K.Rzayev 2011-ci ildə yenidən təyinatla Xırdalan şəhər 1 nömrəli məktəbin direktoru vəzifəsinə irəli çəkilmişdir.

30 sentyabr 2014-ci ildə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Kamran Rzayev Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub

K.Rzayev 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən Abşeron RTŞ-nın müdiri vəzifəsinə təyin edilmişdir.

Mehriban ailə başçısı olan Kamran Rzayevin 3 övladı var ,övladlarının ikisi müəllimlik sənətini seçib.Kicik övladı isə orta məktəb şagirdidir.
1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Baş redaktor : Şamo Əliyev

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib