Abşeron qəzetinin yeni sayı
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
18-09-2015, 19:13 Oxunub: 2647

Abşeronda Üzeyir Hacıbəyovun 130 illik yubileyi və Milli Musiqi günü ilə əlaqədar tədbir keçirildi

Abşeronda Üzeyir Hacıbəyovun 130 illik yubileyi və Milli Musiqi günü ilə əlaqədar tədbir keçirildi

18 sentyabr 2015-ci ildə dahi bəstəkar, ictimai-siyasi xadim Üzeyir Hacıbəyovun anadan olmasının 130 illiyi tamam olur. 18 sentyabr həmçinin Azərbaycanda Milli Musiqi günü kimi qeyd edilir. 1995-ci ildə ümummilli lider Heydər Əliyev Üzeyir Hacıbəyovun doğum gününün musiqi günü kimi qeyd edilməsi ənənəsini rəsmiləşdirərək həmin günün Milli Musiqi Günü kimi qeyd olunması barədə sərəncam verib.

Dahi bəstəkarın yubileyi ərəfəsində Abşeron rayonunda müxtəlif tədbirlər həyata keçirilir. Abşeron rayon Heydər Əliyev Mərkəzində də bu məqsədlə 18 sentyabr 2015-ci il tarixdə Abşeron rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəyovun 130 illik yubileyi və Milli Musiqi günü ilə əlaqədar tədbir keçirildi

Tədbirdə ilk çıxış edən Abşeron rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlham Manafov qeyd edib ki, XX əsrin klassik bəstəkarı Üzeyir Hacıbəyli dünyada ilk dəfə Şərq və Avropa müsiqisi arasında sintez yaratmış dahidir. Cüzeppe Verdi İtalyada, Pyotr Çaykovski Rusyada, tibbdə Hipokrat hansı səviyyədədirsə, müsiqi və operada da Üzeyir bəy onlar qədər klassik bir simadır və Şərq dünyasının müsiqi işığıdır.

Daha sonra çıxış edən Üzeyir Hacıbəyovun Ev Muzeyinin nümayəndəsi Raziyə Əliyeva qeyd edib ki,Üzeyir Hacıbəylinin səhnə yaradıcılığı, sənət və ədəbi irsi, müasir musiqi mədəniyyətinin təbliğində də önəmlidir. Onun Şərq ölkələrinin musuqi mədəniyyətinin inkişafındakı tarixi xidmətləri əvəzsizdir. Özbəkistan, Qazaxıstan, Tatarıstan, Qırğızıstan, Türkmənistan, hətta Türkiyənin də milli musiqisinin müasir musiqi ilə sintezində əməyi böyük olmuşdur. Bu saydığım ölkələrdə operetta və opera janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır.

Çıxışlardan sonra məxsusi olaraq bu gün üçün hazırlanmış konsert proqramı nümayiş etdirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Abşeron rayon Mədəniyyət Mərkəzinin kollektivi və Xırdalan şəhər uşaq məktəbinin müəllimlərindən və şagirdlərindən ibarət xalq çalğı alətləri ansamblı dahi bəstəkarın əsərlərindən parçalar ifa ediblər

Sonda Üzeyir Hacıbəyovun Həyat və ayaradıçılığından bəhs edən sənədli filim nümayiş olunub

Baş redaktor: Şamo Əliyev

Abşeronda Üzeyir Hacıbəyovun 130 illik yubileyi və Milli Musiqi günü ilə əlaqədar tədbir keçirildi
Abşeronda Üzeyir Hacıbəyovun 130 illik yubileyi və Milli Musiqi günü ilə əlaqədar tədbir keçirildi
Abşeronda Üzeyir Hacıbəyovun 130 illik yubileyi və Milli Musiqi günü ilə əlaqədar tədbir keçirildi
Abşeronda Üzeyir Hacıbəyovun 130 illik yubileyi və Milli Musiqi günü ilə əlaqədar tədbir keçirildi
Abşeronda Üzeyir Hacıbəyovun 130 illik yubileyi və Milli Musiqi günü ilə əlaqədar tədbir keçirildi
XƏBƏR LENTİ
Bu gün, 12:16 | “Yeni şəhər” kompleksi bu cəmiyyətin balansına verildiBu gün, 12:15 | Nazir əmr imzaladıBu gün, 12:14 | Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilibBu gün, 10:00 | Diqqət! Aritmiya ölümlə nəticələnə bilərBu gün, 09:59 | Bir ovuc tum bizi 10 xəstəlikdən qoruyurBu gün, 09:57 | Qarpız və yemişi yeməkdən dərhal sonra yeməyin! ZiyanlarıBu gün, 09:55 | 40 dildə ünsiyyət imkanı yaradan mükəmməl tərcümə aparatı hazırlanıbBu gün, 09:53 | Qarabağ bölgəsindəki arxeoloji abidələr xəritələşdirilibDünən, 15:49 | Diqqət! Allüminium qablar intellekti və ürəyi zəiflədirDünən, 15:46 | Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqlənibDünən, 15:45 | Vyetnamın vitse-prezidenti Azərbaycanla əməkdaşlığı dəyərləndiribDünən, 14:45 | Hər gün toxunduğumuz ən çirkli 5 ƏŞYADünən, 14:43 | Azərbaycan millisi Türkiyədə üçüncü olduDünən, 14:42 | Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaqDünən, 12:26 | Neçə saat yatmalıyıq?Dünən, 12:25 | Təzyiqi salmaq üçün dərman əvəzinə bu şirəni içinDünən, 12:24 | Arıqlamaq üçün zəncəfil çayı içinDünən, 12:22 | Göz allergiyası yay mösümünün ən geniş yayılmış xəstəliklərindən sayılırDünən, 12:18 | Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarətDünən, 12:09 | Ulu Öndərin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilibDünən, 10:15 | İdmançılara ispanaq yemək olmaz!Dünən, 10:15 | Özbəkistan portalı ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı məqalə yayımlayıb