Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronun qadın güləşçisi dünya çempionatının qızıl medalına sahib oldu

Tarix:23-09-2015, 11:52

Abşeronun qadın  güləşçisi dünya çempionatının qızıl medalına sahib oldu


Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı keçirilib.

Braziliyanın Salvador da Bahiya şəhərində sərbəst güləş(qadınlar arasında) üzrə gənclər arasında Dünya çempionatı keçirilib. 44 kq çəki dərəcəsində mübarizə aparan Abşeron güləş məktəbinin yetirməsi Türkan Nəsirova ardıcıl olaraq Türkiyə, Belarus, Qazaxstan və Yaponiyadan olan güləşçiləri məğlub edərək Dünya çempionatının qızıl medalına sahib olub.
44 kq
1/8 final - Türkan Nəsirova - Emine Çataloğlu (TUR) 8:0 (təmiz qələbə)
1/4 final - Kseniya Stankeviç (BLR) - Türkan Nəsirova 6:11
1/2 final - Svetlana Ankiçeva (KAZ) - Türkan Nəsirova 0:10
FİNAL - Türkan Nəsirova - Rina Okuno (JPN) 5:2


Onuda qeyd edim ki, Türkan Nəsirova 3 mart 1997-ci ildə Abşeron rayonunda dünyaya göz açıb. Hal- hazırda İdman Akademiyasının 2 kurs tələbəsidir. Sərbəst güləşə 12 yaşından başlayıb(2009- cu ildə).

Türkanın baş məşqçisi, Beynəlxalq dərəcəli hakim, idman ustası, əməkdar məşqçi adını qazanmış Tural Əliev onun uğurlarının əsas səbəbkarlarından birdir. Qeyd edim ki, Tural Əliev Azərbaycanın ən gənc əməkdar məşqçilərindən biridir.

Abşeron rayonunun tarixində qadın güləşi ilk dəfə 2011- ci ildə Abşeron rayon Uşaq Gənclər İdman məktəbinin nəznində yaradılmışdır. Həmin ildə keçirilən “Açıq Azərbaycan Çempionatı”nda 43 kq cəki dərəcəsində Türkan finalda Belarus rəqibini məğlub edərək qızıl medal qazanıb.

Türkanın uğurları bununla kifayətlənmir. O, bundan öncədə bir çox yarışlarda uğur qazanaraq, bayrağımızı yüksəklərə qaldırıb. 2012- ci ildə Bakı şəhərində keçirilən Dünya Çempionatınının gümüş medalına sahib olaraq yeniyetmə qızlar arasında ilk finalist olub. 2013-cü ildə isə Monteneqro şəhərində keçirilmiş Dünya Çempionatında 3- cü yerin sahibi olub. Türkanın növbəti uğuru kimi 2014- cü ildə Bolqariyada keçirilmiş Avropa Çempionatında 46 kq dərəcəsində birinci yerin sahibi olmasını göstərmək olar. Türkanın ugurları bununla da bitmir. 2014- cü ildə Slovakiyada baş tutmuş Dünya Çempionatında Türkan Nəsirova bürünc medalın sahibi olmuşdur. Elə həmin ildə Polşada kecirilmiş Gənclərin Avropa Çempionatında 3- cü yerə çıxmışdır. 2015- ci ildə isə İstanbulda Gənclərin Avropa Çempionatında iştirak edərək bürünc medala laiq görülmüşdür.

Xüsusi ilə qeyd edək ki, avqust ayında qazandığı qələbə nəticəsində Türkan Nəsirova Abşeron rayonu üzrə Gənclər arası ilk yarışmaların birincisi adını da qazanıb. Türkan belə gənc yaşda qazandığı bu ugurları ilə həm məşqçisinin ehtimadını doğruldub, həm də Abşeronun, eyni zamanda da bütün Azərbayacanın adını dünyaya tanıtdırıb. Bayrağımızı zirvəyə qaldıran bir çox istedadlı Abşeron idmançıları sırasında, Türkan Nəsirova da adını tarixə yazdırdı.

Redaktor : Ayşə Bayramova

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib