Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bakının erməni-bolşevik işğalından azad edilməsinin 97-ci ildönümü Monrealda qeyd olunub

Tarix:23-09-2015, 12:49

Bakının erməni-bolşevik işğalından azad edilməsinin 97-ci ildönümü Monrealda qeyd olunub

Kanadanın Monreal şəhərində 1919-cu ildə Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsinin 97-ci ildönümü münasibətilə Azərbaycan icması tərəfindən tədbir təşkil edilib.

Diasporumuzun nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli də iştirak edib.

Monrealdakı Azərbaycan icmasının rəhbəri Məsud Əliyev tədbirdə çıxış edərək Qafqaz İslam Ordusunun şücaətindən danışıb, 97 il öncə Bakının düşməndən azad edilməsinin xalqımızın tarixində ən şərəfli səhifələrdən biri olduğunu vurğulayıb.

Müvəqqəti işlər vəkili R.Hüseynli Monreala əvvəlki səfərləri çərçivəsində, eləcə də Ottavada səfirliyin keçirdiyi tədbirlərdə yaxından iştirak edən icma üzvləri ilə görüşlərindən söhbət açıb, Bakının erməni-bolşevik işğalından azad edilməsində Qafqaz İslam Ordusunun tarixi rolundan danışıb.

Sentyabrın əvvəlində 39-cu Beynəlxalq Film Festivalı çərçivəsində rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” filminin Monreal şəhərində premyerasının uğurla keçdiyini söyləyən R.Hüseynli həmvətənlərimizi belə tədbirlərdə daha fəal olmağa çağırıb.

Müvəqqəti işlər vəkili bildirib ki, ölkəmizin Kanadada təbliğində diasporumuz həlledici rol oynamalıdır və onların bu istiqamətdə həmrəylik nümayiş etdirməsi xüsusi əhəmiyyət kəsb edir.

R.Hüseynli diaspor nümayəndələrini ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, eləcə də milli mədəniyyətimizin Kanadada təbliğində fəallıq və birlik nümayiş etdirməyə çağırıb.

Redaktor: Ayşə Bayramova

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib